EN
942

Management

Others

Strategiya və Büdcə Komitəsi

Strategiya və Büdcə Komitəsinin Tərkibi:

1. Direktorlar Şurasının üzvü - Şahin Məmmədov – sədr
2. Direktorlar Şurasının üzvü - Oqtay Həsənov - üzv
3. Direktorlar Şurasının üzvü - Səmayə Novruzova - üzv

Komitənin əsas vəzifələri

* Cəmiyyətin İdarə Heyəti tərəfindən hazırlanmış Strateji Plan layihəsi ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin Strateji Planının icra olunması ilə əlaqədar İdarə Heyəti tərəfindən təqdim olunan monitorinq hesabatları ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin mövcud Strateji Planına İdarə Heyəti tərəfindən Cəmiyyətin Direktorlar Şurasına təqdim olunmuş düzəlişlər ilə bağlı rəy və təkliflərini bildirmək
* İdarə Heyəti tərəfindən təqdim edilmiş büdcə layihələri ilə əlaqədar Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Komitənin fəaliyyəti ilə bağlı sorğu edilən məsələlər üzrə Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Büdcə və Strateji Plan üzrə Direktorlar Şurası tərəfindən təsdiq edilməli bütün sənədlərə rəy bildirmək;
* Cəmiyyətin Direktorlar Şurası tərəfindən həvalə edilən və qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək;
* Öz əsasnaməsində yazılan digər vəzifələri həyata keçirmək.

İnsan Resursları Komitəsi

İnsan Resursları Komitəsinin Tərkibi:


1. Direktorlar Şurasının sədri – Fərid Məmmədov – sədr
2. Direktorlar Şurasının üzvü – Şahin Məmmədov – üzv
3. Direktorlar Şurasının üzvü – Nofəl Rzayev – üzv

Komitənin əsas vəzifələri:

* İnsan resurslarına aid hesabatların rübdə bir dəfə nəzərdən keçirilməsi;
* Cəmiyyətin insan resursları üzrə siyasətindən irəli gələn prioritet tapşırıqların həyata keçirilməsində Cəmiyyətin Direktorlar Şurası üzvlərinin effektiv iştirakının təmin edilməsi;
* Cəmiyyətin insan resursları siyasətinin təkmilləşdirilməsi üzrə təkliflərin nəzərdən keçirilməsi;
* İnsan resursları ilə əlaqədar daxili və kənar audit tərəfindən aşkar edilmiş yüksək riskli nöqsan və çatışmazlıqların nəzərdən keçirilməsi;
* Cəmiyyətin insan resursları ilə əlaqədar məsələləri tənzimləyən daxili sənədlərinin layihələrinin nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;
* Öz əsasnaməsində yazılan digər vəzifələrin həyata keçirilməsi.

Təyinat və Mükafatlandırma Komitəsi

Təyinat və Mükafatlandırma Komitəsinin Tərkibi:

1. Direktorlar Şurasının üzvü – Calal Qasımov – sədr
2. Direktorlar Şurasının sədri – Fərid Məmmədov – üzv
3. Direktorlar Şurasının üzvü – Şahin Məmmədov – üzv

Komitənin əsas vəzifələri

* Mükafatlandırma siyasətinin tətbiqi ilə əlaqədar daxili sənədlərin nəzərdən keçirilməsi, təsdiqlənməsi və onların Cəmiyyətdə risklərin idarə olunması siyasəti ilə uyğunluğunun təmin edilməsi;
* Cəmiyyətin istedadlar matrisinin (əvəzedici işçilərin planlanması və yüksək potensiallar ilə əlaqədar) nəzərdən keçirilməsi;
* İdarə Heyəti üzvlərinin əsas fəaliyyət göstəricilərinin (bundan sonra - ƏFG) yoxlanması və təsdiqlənməsi üçün Cəmiyyətin Direktorlar Şurasına təqdim edilməsi;
* Təyinat və mükafatlandırma prosesinin obyektiv həyata keçirilə bilməsi üçün şəraitin yaradılması;
* Öz əsasnaməsində yazılan digər vəzifələrin həyata keçirilməsi.

Risklərin İdarəedilməsi Komitəsi

Risklərin İdarəedilməsi Komitəsinin Tərkibi:

1. Direktorlar Şurasının sədri – Fərid Məmmədov – sədr
2. Direktorlar Şurasının üzvü – Nofəl Rzayev – üzv
3. Direktorlar Şurasının üzvü – Əli Hüseynov – üzv

Komitə üzrə vəzifələr:


* Risklərin idarəedilməsi sisteminin mövcud vəziyyəti ilə bağlı Direktorlar Şurasına tövsiyələr vermək və ona, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində yardımçı olmaq, məsələn, xüsusi diqqət tələb edən risk sahələri ilə bağlı Direktorlar Şurasına təkliflər təqdim etmək;
* Səmərəli korporativ risklərin idarə edilməsi strukturunun qurulmasını və onun davamlılığını təmin edən risk mədəniyyətinin inkişafının təşviq etmək;
* Strategiyanın müəyyən edilməsi ilə bağlı Direktorlar Şurasına dəstək olmaq;
* Riskin müəyyən edilməsi, qiymətləndirilməsi və ölçülməsi proseslərinin nəticələrini nəzərdən keçirmək və təsdiq etmək;
* Risklərin qiymətləndirilməsi zamanı istifadə olunan müvafiq metod və alətlər ilə bağlı fərziyyələri və məhdudiyyətləri, məlumat resurslarının və tətbiqetmə prosedurlarının səmərəliliyini və uyğunluğunu qiymətləndirmək;
* Portfel səviyyəsində Cəmiyyətin ümumi risklərini əhatə edən risk hesabatları ilə birlikdə digər hesabatları nəzərdən keçirmək;
* Cəmiyyətin risk profilində hər hansı dəyişiklik barədə Direktorlar Şurasına hesabat vermək;
* Risk İştahı Bəyannaməsini nəzərdən keçirmək və təsdiq üçün Direktorlar Şurasına tövsiyə etmək;
* Limitlərə əməl edilməməsi hallarında görüləcək tədbirlərə qərar vermək;
* Risklərin idarəedilməsi sahəsində inkişaf təşəbbüslərini qiymətləndirmək, təsdiqləmək və icrasına nəzarət etmək;
* Öz əsasnaməsində yazılan digər vəzifələri həyata keçirmək.

Səhmdarlar

“PAŞA Həyat Sığorta” ASC-nin yeganə səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Səhmdarların hüquqları

* “PAŞA Həyat Sığorta” ASC- nin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onu idarə etmək və icra orqanlarına seçmək və seçilmək;
* Nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada, Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
* Səhmdarların Ümumi Yığıncağının çağırılmasını tələb etmək;
* Səhmdarların Ümumi Yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
* Cəmiyyətin fəaliyyətinin Təftiş Komissiyası va ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
* Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
* Azərbaycan Respublikasının qanunvericilik aktları və Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilən digər hüquqlara malik olmaq.