Strategiya və Performans üzrə Ekspert Qrupu
Strategiya və Performans üzrə Ekspert Qrupunun Tərkibi:
1. Sədr - İlya Arxipov
2. Üzv - Ruslan Həsənov
3. Üzv - Şahin Məmmədov
4. Üzv - Asəf Hüseynov
5. Üzv - Elçin Süleymanov
Ekspert qrupunun əsas vəzifələri:
* Cəmiyyətin İdarə Heyəti tərəfindən hazırlanmış Strateji Plan layihəsi ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin Strateji Planının icra olunması ilə əlaqədar İdarə Heyəti tərəfindən təqdim olunan monitorinq hesabatları ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin mövcud Strateji Planına İdarə Heyəti tərəfindən Cəmiyyətin Direktorlar Şurasına təqdim olunmuş düzəlişlər ilə bağlı rəy və təkliflərini bildirmək
* İdarə Heyəti tərəfindən təqdim edilmiş büdcə layihələri ilə əlaqədar Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Komitənin fəaliyyəti ilə bağlı sorğu edilən məsələlər üzrə Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Büdcə və Strateji Plan üzrə Direktorlar Şurası tərəfindən təsdiq edilməli bütün sənədlərə rəy bildirmək;
* Cəmiyyətin Direktorlar Şurası tərəfindən həvalə edilən və qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək;
* Öz əsasnaməsində yazılan digər vəzifələri həyata keçirmək.