EN
942
03 November 2023

Bakıda regionun ən böyük innovasiya sammiti keçiriləcək

30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində "PAŞA Holding"in təşkilatçılığı və "PAŞA Həyat"ın dəstəyi ilə "InMerge Innovation Summit"i baş tutacaq.

Summitdə "Apple" şirkətinin qurucularından Steve Wozniak, "Tesla"nın həmtəsisçisi JB Straubel və "Shazam" şirkətinin qurucusu Chris Barton kimi tanınmış şəxslər iştirak edəcək. Eyni zamanda, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və başqaları da sammitə qatılacaq.

Bundan əlavə, summitdə ölkənin aparıcı şirkətlərinin rəhbər və nümayəndələrinin, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq.

Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa doğru addım atmaq istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı inmerge.az saytından əldə edə bilərsiniz.