Biznes proseslərinin optimallaşdırılması mərkəzi
Biznes proseslərinin optimallaşdırılması mərkəzinin sənədləşmə funksiyası üzrə baş mütəxəssisi
Son müraciət tarixi :25 yanvar 2026-cı il
Vəzifə Öhdəlikləri:
— Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin (prosedur, təlimat, qayda və s.) idarə edilməsi;
— Müştərilərlə imzalanan standart tipli müqavilələrin, müqavilələrlə əlaqəli sənədlərin (ərizə formaları, yaddaş vərəqələri, əlavələr və s.) hazırlanması və dəyişikliklərin edilməsi;
— Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
— Biznes proseslərinin siyahısının (BPU list) struktur bölmələrin iştirakı ilə tərtib edilməsi və mütəmadi yenilənməsi;
— Struktur bölmələr üzrə daxili səlahiyyət bölgüsünün (RACI) struktur bölmələrin iştirakı ilə hazırlanması və yenilənməsi;
— Daxili normativ sənədlərin reyestrinin aparılması və arxivləşdirilməsi;
— Proseslər üzrə blok-sxemlərin hazırlanması;
— Audit faktları, risk insidentləri və qanunvericiliklə bağlı yaranmış nöqsanların aradan qaldırılması üzrə işlərin aparılması (müzakirələrdə iştirak, kök səbəbin müəyyən edilməsi üzrə analizlərin aparılması, tədbirlər planının hazırlanması, son icra tarixlərinin izlənilməsi və əlaqəli tərəflərlə müzakirələrin aparılması);
— Şirkətdə sənədlərin yenilənməsi üzrə təyin edilmiş məsul əməkdaşlarla işlərin koordinasiyası;
— Rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Biznes proseslərinin optimallaşdırılması sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Hüquq, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta
Üstünlüklər: İSO standartı (9001: 2015) üzrə biliklər
Kompüter bilikləri: MS Office:əla, Visio:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.