QA Engineer (Senior)
Proqramlaşdırma mərkəzi
Son müraciət tarixi : 5 mart 2026-cı il
Vəzifə öhdəlikləri
- Tələblər və Acceptance Criteria üzrə dəqiqləşdirmə aparmaq, test oluna bilən və ölçülə bilən qəbul meyarlarının formalaşdırılmasını təmin etmək;
- Release və ya tapşırıq üzrə Test Plan hazırlamaq (scope, risklər, giriş/çıxış meyarları və timeline);
- Risk əsaslı test strategiyasını tətbiq etmək və kritik biznes axınları üçün end-to-end test əhatəsini təmin etmək;
- Test dizayn metodlarından istifadə etməklə test ssenariləri hazırlamaq (Equivalence Partitioning, BVA, Decision Tables, State Transition və s.);
- Funksional, inteqrasiya və sistem səviyyəsində manual testləri icra etmək; smoke, regression və acceptance testlərini planlamaq və həyata keçirmək;
- REST API testlərini aparmaq (request/response, headers, status kodları və JSON payload analizi);
- DevTools və log analizindən istifadə etməklə texniki problemləri araşdırmaq və nəticələri sənədləşdirmək;
- Defektlərin strukturlaşdırılmış şəkildə qeydiyyatını aparmaq, statusunu izləmək və re-test prosesini icra etmək;
- Test nəticələrini sənədləşdirmək və Requirements Traceability Matrix (RTM) üzrə uyğunluğu təmin etmək;
- Test məlumatlarının hazırlanmasını təşkil etmək və məlumat təhlükəsizliyi tələblərinə riayət etmək;
- Test mühitlərinin və versiya asılılıqlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları eskalasiya etmək;
- UI və API səviyyəsində test avtomatlaşdırmasını həyata keçirmək və maintainable test framework qurmaq;
- Avtomatlaşdırılmış testləri CI/CD pipeline-a inteqrasiya etmək və test hesabatlılığını təmin etmək;
- Keyfiyyət metrikalarını (test coverage, defect leakage və s.) izləmək və hesabatlandırmaq;
- Agile/Scrum proseslərində iştirak etmək, QA proseslərinin təkmilləşdirilməsinə və junior QA-ların inkişafına dəstək vermək.
Namizədə olan tələblər
İş təcrübəsi: QA sahəsi üzrə minimum 4 il iş təcrübəsi tələb olunur (ən azı 2 il test avtomatlaşdırması sahəsi üzrə olmaq şərtilə).
Təhsil/ixtisas: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Üstünlüklər: Proqramlaşdırma biliklərinə malik olmaq üstünlükdür.
Kompüter bilikləri: Postman : əla səviyyə.
Texniki bilik və bacarıqlar
- Minimum 1 proqramlaşdırma dili: Java / JavaScript / TypeScript / Python
- UI automation alətləri: Playwright / Cypress / Selenium
- API automation: RestAssured / pytest / Postman + Newman
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.