AZ
942

İdarə Heyəti

Rüstəm Vaqif oğlu Məmmədov

Rüstəm Vaqif oğlu Məmmədov

İdarə Heyəti

Rüstəm Məmmədov marketinq və biznesin inkişafı üzrə 15 ilə yaxın təcrübəyə malikdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr pilləsini, 2015-ci ildə İspaniyada IE Business School-da Executive MBA (Master of Business Administration) dərəcəsini almışdır.

R.Məmmədov uzun müddət “Auto Azerbaijan” şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb, 2016-cı ilin fevral ayından isə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü təyin edilib. 2018-ci ilin yanvar ayından İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı vəzifəsini icra edir.