AZ
942

Sual Cavab

Həyata bağlan

    • Kritik xəstəliyə tutulduqda ən yaxşı müalicəni etdirə bilmək üçün
    • İri həcmli müalicə xərcləri tələb olunduğu hallarda belə ailənizin maddi çətinliklərlə üzləşməməsi üçün
    • İllərdir böyük əziyyətlə ailənizin gələcəyi üçün topladığınız pulları xəstəliyə sərf etməmək üçün
  • 30 yaşınız varsa ildə cəmi 144 AZN ödəməklə 30,000 AZN təminat əldə edə bilirsiniz. Üstəlik, bu məbləği hissəvi ödəmək imkanları da mövcuddur.

Kredit həyat sığortası

    Sığorta şirkətinin tarifləri əsasında hesablanır və birdəfəlik ödənilir

  • Ölüm

    Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın vəfat etməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində

    Bədbəxt hadisə nəticəsində sığortalının ümumi əmək qabiliyyətini daimi tam itirməsi

    Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində

Həyatın Yaşam Sığortası

  • Bu məhsula onlayn müraciət edə bilərsiniz. Zəhmət olmasa qeyd olunan linkə keçid edin.

    https://mylife.az/HysOnline.aspx

    Siz rəsmi gəlirinizdən aylıq müəyyən miqdar sığorta şirkətinə ödəyərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

İcbari sığorta

  • Sığorta haqqı və ya onun müəyyən edilmiş hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

  • İşçinin bir illik əmək haqqı fondu 1,15-ə (əmsal Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Q-10 nömrəli qərarına əsasən müəyyən edilmişdir https://goo.gl/mFdrsF ) və işçinin yaşına uyğun müəyyən edilən əmsala vurulur. Nümunə:

    1000 AZN x 12 aya= 12000 AZN
    12000 AZN x 1.15 = 13800 AZN
    13800 AZN x 11.98284 (35 yaşlı şəxs üçün müəyyən edilən əmsal) = 165363.2 AZN

  • İşçi ezamiyyətdə olduğu zaman.

  • Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2010-cı il tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün müəyyən edilmiş siyahı”dakı sənədlər sığortaçıya təqdim olunmalıdır.

  • Sığorta haqqı sığorta olunanın bir illik əmək haqqı fondunun (aylıq əmək haqqının 12 misli) sığorta tarifinə hasili əsasında müəyyən edilir.

    Nümunə: Oteldə ofisiantın (xidmət sektoru, 1-ci risk dərəcəsi, fəhlə kateqoriyası üçün tarif – 0,4%) sığorta haqqını hesablamaq üçün:

    600 AZN (aylıq əmək haqqı) x 12 aya = 7200 AZN
    7200 AZN (illik əmək haqqı fondu) x 0,4%= 28,8 AZN illik sığorta haqqı

    Nümunə.2: Neftqaztikinti Trestində şöbə rəisinin (neft hasilatı, 14-cü risk dərəcəsi, qulluqçu kateqoriyası üçün tarif – 0,5%) sığorta haqqını hesablamaq üçün:

    1500 AZN (aylıq əmək haqqı) x 12 aya = 18000 AZN
    18000 AZN (illik əmək haqqı fondu) x 0,5% = 90 AZN sığorta haqqı

  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə istehsalat prosesində baş verən və “İstehsalatda bədbəxt hadisə haqqında akt”la və ya məhkəmənin müvafiq qərarına əsasən bədbəxt hadisə kimi təsdiq edilən hadisə

Digər

  • Hökümətlərarası qaydada, könüllü əsasda vergidən yayınma hallarının qarşısının alınması üçün yaradılmış informasiya mübadiləsi standartlarıdır. FATCA (Foreign Account Tax Compliance Act) ABŞ və Azərbaycan arasında bağlanılmış hökümətlərarası Sazişə, Common Reporting Standart isə 100-dən çox dövlətin qoşulduğu çox tərəfli müqaviləyə əsaslanır. FATCA ABŞ vətəndaşları və rezidentlərinin, CRS isə tərəfdaş ölkələrin rezidentlərinin müəyyən edilməsi və digər tərəfdaş dövlətlərə ötürülməsi prinsipi üzərində qurulmuşdur.

  • Maliyyə institutları hesab açılan zaman qeyri-rezidentləri (habelə ABŞ vətəndaşı olan rezidentləri) müəyyən edərək ölkənin səlahiyyətli orqanlarına (Azərbaycanda Vergi xidməti) məlumat verir. Səlahiyyətli qurum isə həmin məlumatları tərəfdaş ölkədəki orqana təqdim edir (Məsələn: Azərbaycanda Fransa rezidenti bank hesabı açırsa bu məlumat bank tərəfindən Vergilər Xidmətinə verilir və Vergilər Xidməti bu məlumatı Fransadakı müvafiq quruma ötürür).

  • FATCA/CRS məqsədləri üçün maliyyə institutları deyildikdə aşağıdakılar nəzərdə tutulur:

    • Depozitar fəaliyyət həyata keçirən qurumlar (Banklar, BOKT-lar və s. );
    • İnvestisiya şirkətləri;
    • Yığım və ya annuitet Sığortası fəaliyyətini həyata keçirən Sığorta şirkətləri.
  • Qeyri rezidentlərin müəyyən edilməsi üçün maliyyə institutları hər bir müştəriyə hesab açdıqda Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş anketi doldurulması üçün təqdim edir. Anketin əsas məqsədi müştərinin hansı ölkənin vergi rezidenti olmasını müəyyən etməkdir.

  • Vergi rezidentliyinin müəyyən edilməsi yaşadığınız yerdən və şəraitdən asılı olaraq dəyişir. Vergi Məcəlləsinə əsasən, aşağıdakılar Azərbaycan Respublikası rezidenti sayılır:

    Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

    • Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
    • Təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan.

    Yuxarıdakı abzaslara uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

    • Daimi yaşayış yeri;
    • Həyati mənafelərinin mərkəzi;
    • Adətən yaşadığı yer;
    • Azərbaycan Respublikasının vətəndaşlığı;

    13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

    Qeyd edək ki, “PAŞA Həyat” vergi məsləhəti xidməti vermir və qeyd olunanlara görə hər hansı məsuliyyət daşımır. Əgər hansı dövlətin rezidenti olduğunuzdan əmin deyilsinizsə, vergi məsləhətçisinə müraciət etməyiniz tövsiyə olunur.

  • Belə bir halın olması mümkündür. Adətən 2 ölkə qanunvericiliyinə uyğun olaraq rezident sayıldıqda, həmin dövlətlərarası müqaviləyə baxılır və şəxs onunla daha sıx əlaqələri olan dövlətin rezidenti hesab edilir.

  • Bəli, Maliyyə institutları hesab açarkən hər bir şəxsdən bu formanın doldurulmasını tələb etməlidir.