AZ
942

Həyatın Yaşam Sığortası

Əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur.

Aşağı skrol et
Həyatın Yaşam Sığortası

Mükəmməl yığım məhsulu

ƏMƏKHAQQINIZDAN 50%-DƏK ƏLAVƏ GƏLİR QAZANIN


Əməkhaqqınızdan müəyyən hissəni hər ay «Həyatın Yaşam Sığortası»-na yönləndirin və 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz vergi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda «PAŞA Həyat» Sizə əmanət faizi də ödəyir.

  • DSMF ödənişləri hesabınıza qayıdır
  • Gəlir vergisi hesabınıza qayıdır
  • +3% əmanət faizi
Həyat Sığortası

"Həyatın Yaşam Sığortası" məhsuluna qoşulmaqla Siz, əlavə olaraq, müqaviləniz qüvvədə olduğu müddət ərzində həyatınızı da sığortalayırsınız.

Şəxsi kabinet

Hesablarınızı idarə etmək üçün heç yerə getmək lazım deyil.

Şəxsi Kabinet vasitəsilə müqavilələrinizi istənilən vaxt və istənilən yerdən özünüz idarə edin.

Etibarlı

«PAŞA Həyat» etibarlığı ilə məşhur olan «PAŞA Holdinq» qrupuna daxildir.

“Həyatın Yaşam Sığortası” Sosial sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanır.

Çevik

50 AZN-dən yuxarı istənilən məbləğlə qoşula bilərsiniz.

Əməkhaqqınızdan yönləndirdiyiniz məbləğ hər ay avtomatik şəkildə Sizin hesabınıza köçürülür.

1002 partnyor şirkətin 19282 əməkdaşı “Həyatın Yaşam Sığortası” ilə yığımlarını sürətlə artırır

Sözü verək Müştərilərimizə

Kamal Sadıqov

Caspian Drilling Company

Xidmət haqqında həyat yoldaşımdan öyrəndim. Bu yaxınlarda 3 il bitdi və o əlavə 6 aylıq uzatma edib. 2020-cil ilin dekabr ayında çalışdığım «CDC» neft şirkəti «PAŞA Həyat»-la əməkdaşlıqa başladı və mən xidmətə dərhal qoşuldum. Qoşulma çox rahat və tez olub.

Pul yığıram ki övladlarım xaricdə təhsil alsın.

Elbrus Əhmədov

PMD / Expressbank

Şəxsən mən aylıq yığım etməkdə çətinlik çəkirəm. Bu baxımdan «HYS»-nın mənə çox köməyi oldu.

Həm gəlirlilik, həm də əlavə dəyər baxımından bank əmanətindən daha sərfəlidir. Məsələn, həyat sığortası mənim üçün vacib amildir - başıma bir iş gəlsə - ailəmin gələcəyinə görə rahatam. 2021-ci ilin Yanvar ayında müqaviləmin 3 ili tamam olub.

Yığdığım vəsaiti bağ evimin əsaslı təmirinə yönəltdim.

Günay Qurbanova

Azercell

Onlayn şoppinq etməyi çox sevirəm, buna görə özüm pul yığmaq bacarmıram :) Düzdür, xırda məbləğ ilə qoşuldum, lakin Şəxsi kabinet vasitəsilə hər kvartal sığorta haqqımı artırıram.

Yeri gəlmişkən, Şəxsi kabineti çox bəyənirəm - şəffaf və rahatdır! Mütəmadi olaraq yığılmış məbləği onlayn izləyirəm, geniş funksionalından istifadə edirəm.

Gələn ildə daha böyük məbləğlə yenidən qoşulmaq fikrindəyəm.

Sual-Cavab

  • Məhsula qoşulmaq üçün onlayn müraciət göndərə bilərsiniz.

  • Şəxsi kabinetinizdən istifadə edərək, konvertasiya müraciəti edə bilərsiniz. Yığılmış məbləğinizi manatdan dollara ayda bir dəfə konvertasiya etmək mümkündür. Müraciətləriniz Mərkəzi Bank-ın məzənnəsinə uyğun konvertasiya olunacaq. Konvertasiya üçün heç bir komissiya tutulmur.

  • Öncədən PAŞA Həyata məlumat verin ki müqaviləniz dondurulsun, və ya özünüz şəxsi kabinet vasitəsilə müqavilənizi dondurun. Sonra isə yeni iş yerinizdən davam edə bilərsiniz (bizimlə əməkdaşlığı varsa).

  • Siz GROSS əmək haqqınızın 46.5%-dək «Həyatın Yaşam Sığortası»-na yönləndirə bilərsiniz. Minimal qoşula biləcəyiniz məbləğ 50 AZN təşkil edir.

  • Bu halda vergi azadolmaları və icbari ayırmalar Dövlətə geri qaytarılır, inzibati xərc tutulduqdan sonra qalıq məbləğiniz Sizə qaytarılır.

  • Artıq bəzi istisna sənədlər olmaqla, müqaviləniz PAŞA Həyat tərəfindən ASAN imza ilə hüquqi baxımından təsdiq olunur.

İndi müraciət et

Növbəti məhsul

İcbari Həyat Sığortası