İyunun 11-də “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün “Məzun günü” tədbiri təşkil olunub.
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə dövlət və özəl qurumların rəhbərləri, millət vəkilləri iştirak ediblər. Tədbir bədii hissə ilə davam edib. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevinc Ağasıyeva, DJ China və Star Band qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.