3 iyul tarixində PAŞA Həyat-ın dəstəyi ilə “İRS” nəşriyyatının redaksiyasında “Daşları Toplamaq Vaxtıdır” kitabının təqdimatı keçirildi.
Kitab Qərbi Azərbaycanın xalqımıza məxsus qədim diyar olduğunu elmi-faktoloji materiallar əsasında əks etdirir. Bu nəşrlər mədəni yaddaşımızın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanın tarixi-mədəni irsini dünyaya tanıtmağı qarşıya məqsəd qoyan “İRS” jurnalı 25 ildən çoxdur fəaliyyət göstərir və hazırda 20-dək dildə nəşr olunur.