EN
942
17 March 2024

"PAŞA Həyat" və Baku City Residences ilkə imza atdılar

15 mart 2024-cü il tarixində “PAŞA Həyat” və “Baku City Residences” daşınmaz əmlak şirkəti arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanan saziş çərçivəsində tərəflər öz fəaliyyət sahələrinə uyğun olaraq əməkdaşlıq əlaqələrinin formalaşdırılması və möhkəmləndirilməsi üçün məlumat və təcrübə mübadiləsi aparacaqlar.

Memorandumda sərmayə yığımları davamlı və sabit xarakter daşıyan şəxslər üçün yaşayış şəraitinin, daşınmaz əmlakın əldə edilməsi şərtlərinin yaxşılaşdırılması, əlavə imkanların və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.

Anlaşma Memorandumu çərçivəsində, “PAŞA Həyat” və “Baku City Residences” öz fəaliyyət sahələrinə uyğun olan müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsini, eyni zamanda ölkədə sığortanın təbliğ edilməsini, sığorta məhsulları barədə daha geniş kütlələrin məlumatlandırılması üçün maarifləndirmə və məlumatlılığın artırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq nəticəsində müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni üfüqlər açılacaq.