Lider həyat sığortası şirkəti “PAŞA Həyat” 2023-ci ilin 1-ci rübü üzrə beynəlxalq standartları əsasında hazırlanmış maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
31 mart 2023-cü il tarixinə şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyonAZN qədər artaraq 9,5 milyon AZN təşkil etmişdir.
Ötən ilin ilk 3 ayına nəzərən şirkət bu ilin ilk 3 ayında 3 dəfədən çox sığorta ödənişləri həyata keçirib. Belə ki, müştəriyönümlülüyü ilə seçilən şirkət cari ilin ilk rübündə 48 milyon AZN sığorta ödənişi həyata keçirmişdir.
Birinci rüb ərzində şirkətin sığorta yığımlarında da artım müşahidə olunub. Ümumi sığorta yığımları keçən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 124 milyon manata çatmışdır. Burada yığımların əsas hissəsini “Həyatın yaşam sığortası” və “İcbari həyat sığortası” məhsulları təşkil etmişdir - müvafiq olaraq yığımlar 99 milyon AZN və 11 milyon AZN olmuşdur.
PAŞA Həyat şirkətinin dinamik inkişafı digər maliyyə nəticələrində də özünü göstərib. Nəticələrə əsasən, birinci rübdə məcmu aktivlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 613 milyon AZN dəyərində qərarlaşıb. Hesabat dövründə şirkətin ümumi kapital həcmi isə 80 milyon AZN təşkil etmişdir.
Beləliklə, şirkətin cəmi ümumi gəliri 2022-ci ilin ilk rübü ilə müqayisədə 6% artaraq 9 milyon manatda qərarlaşıb.
Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan şirkətin hesabat dövründə hazırlanmış mobil tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq müştərilər üçün cari hesabları üzrə istənilən əməliyyatları smartfon vasitəsilə idarə etmək imkanı yaradır. Həmçinin tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunacaqdır.
Qeyd edək ki, müştəri məmnunluğunu üstün tutaraq müştərilərə günün 24 saatı, həftənin 7 günü xidmət etmək və operativ cavablandırmanı reallaşdırmaq üçün üçün Mərkəzləşmiş mesajlaşma platforması istifadəyə verilib.
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.
Lider sığorta şirkəti - “PAŞA Həyat” 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.