EN
942
19 November 2022

"PAŞA Həyat"ın dəstəyi ilə "Mərhəmətli olmağa tələsin" adlı xeyriyyə aksiyası keçirildi

"PAŞA Həyat" və "Qızıl Aypara Cəmiyyəti" nin dəstəyi ilə 18 noyabr tarixində Sumqayıt şəhərinin “Poeziya evin”də “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyası baş tutdu.

Aksiya çərçivəsində hər iki valideynini itirmiş və tək ananın övladları, 44 günlük Vətən müharibəsində canını fəda etmiş şəhid və qazi ailələrinin övladları mövsümi qış geyimləri ilə təmin edildi.