Son illər əsas strateji istiqamətlərdən olan Rəqəmsallaşma üzrə inkişafını davam edən ölkənin lider həyat sığortası şirkəti PAŞA Həyat 1-4 noyabr 2022-ci il tarixlərində Lissabonda keçirilən beynəlxalq WebSummit-də iştirak edir.
Belə ki, daim innovativ həlləri ilə seçilən PAŞA Həyat şirkətinin əməkdaşları dünyanın ən böyük İT konfrans olan WebSummit-də şirkəti təmsil edərək, texnologiya sahəsində yeni təcrübə, bilik və yeniliklər barədə fikir mübadiləsi aparacaqlar. Bu da öz növbəsində ölkəmizə sığorta sahəsində yeni innovativ həllərin tətbiqinə və istifadəsinə zəmin yaradacaq.
Məlumat üçün bildirək ki, sözügedən sammit 2009-cu ildən etibarən hər il Lissabon şəhərində keçirilən dünyanın ən böyük texnoloji tədbirlərindən biridir. Hazırda bu konfrans “Avropanın ən böyük və ən mühüm texnologiya bazarına” çevrilib, və bu il 2000-dən çox startap və digər nəhəng İT şirkətləri də daxil olmaqla 70000 iştirakçının cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat” 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.