EN
942
09 October 2022

İlk sığorta mövzulu “PASHA Hackathon” uğurla yekunlaşdı

Yarat Müasir İncəsənət Mərkəzində “PAŞA Həyat” və PAŞA Holdinqin birgə təşkilatçılığı ilə 7-9 oktyabr tarixlərində ilk dəfə sığorta mövzusunda PASHA Hackathon keçirilib. “Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının penetrasiya səviyyəsinin artırılması” mövzusunda olan yarışmanın əsas məqsədi texnologiya sahəsindəki insanları bir araya gətirərək müəyyən problem və məsələlər üçün həll yolları tapmaq və onların ideyalarına dəstək olmaq idi.

Hakatonun qalibi adı uğrunda 700 müraciət arasından seçilmiş 24 komanda mübarizə aparıb.

Xatırladaq ki, 1-ci yeri qazanan komanda 6000 AZN, 2-ci yer 4000 AZN, 3-cü yer 2000 AZN məbləğində mükafatla təltif olunublar.

Hər zaman individual yanaşma və yüksək xidmət səviyyəsi ilə seçilən “PAŞA Həyat”-ın əsas məqsədlərindən biri daim innovativ və peşəkar yanaşma ilə xidmət göstərməkdir.