İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi
İnformasiya təhlükəsizliyi departamenti
Son müraciət tarixi: 25 iyul 2025-ci il
Vəzifə Öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurlar və standartların tətbiqinə dəstək göstərmək;
- İnformasiya təhlükəsizliyi üzrə insidentlərin monitorinqi, ilkin təhlili və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- Antivirus, DLP, SIEM, EDR və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqi və idarəsi;
- İstifadəçi fəaliyyətlərinin təhlükəsizlik baxımından auditinin aparılması və pozuntuların aşkar edilməsi;
- Əlaqəli şöbələrlə birlikdə risklərin qiymətləndirilməsində və təkliflərin hazırlanmasında iştirak;
- Sistem və tətbiqlərə aid zəifliklərin müəyyən olunması, təhlili və uyğun tədbirlərin təklif olunması;
- İT layihələrinin informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməsində iştirak;
- Tənzimləyici orqanların və daxili auditin tələblərinə uyğun sənədlərin hazırlanmasına dəstək;
- İşçilər üçün təhlükəsizlik maarifləndirilməsi və təlimatların hazırlanmasında iştirak;
- İnformasiya təhlükəsizliyi insidentləri üzrə araşdırma prosesində iştirak və hesabatların hazırlanması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnformasiya təhlükəsizliyi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İnformasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: orta
- Kompüter bilikləri: MS Office: orta;
- Üstünlüklər: CEH, OSCP, OSEP, CompTIA və s. üzrə sertifikatlarına sahib olmaq
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.