Texniki dəstək üzrə mütəxəssis
İT xidmətləri və dəstək departamenti
Son müraciət tarixi : 13.07.2025
Vəzifə Öhdəlikləri:
- Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardımın göstərilməsi və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görülməsi;
- Printer, skaner və digər periferiya qurğuların quraşdırılması və texniki qulluğun göstərilməsi;
- Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi;
- Yeni əməkdaşlar üçün kompüter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək;
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
- Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi;
- İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
- Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək və şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: İT sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər:
• Çağrı Mərkəzi sistemləri üzrə iş təcrübəsi;
• ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
• File Server, Print Server, WSUS, WDS Server üzrə iş təcrübəsi;
• İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi;
• TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı;
• Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.