942

Biznes Analitika bölməsi - Biznes analitik

Biznes analitik

Son müraciət tarixi: 16 iyun 2025

 

Vəzifə Öhdəlikləri:

1. Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
2. Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması (data və xərclərin təhlili, prioritetlərə təsir edəcək məqamların müəyyən edilməsi, məlumatların marağlı tərəflər ilə razılaşdırılması);
3. Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi;
4. Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
5. Proseslərin effektivliyinin ölçülməsi;
6. Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
7. Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
8. Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, deadlineların izlənilməsi;
9. Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi

 


Namizədə olan tələblər:
İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT ixtisaslar üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta , Rus dili: orta
Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
Kompüter bilikləri: MS Office: əla

 

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

📌Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

If you would like to join our team