942

İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi - İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi

İşə qəbul üzrə mütəxəssis

İnsan resursları və korporativ kommunikasiya departamenti

Son müraciət tarixi: 14 may 2025-ci il

Vəzifə Öhdəlikləri:
• Şirkətin istedadların idarə edilməsi prosesini uğurla həyata keçirmək;
• İşə qəbul prosesinə riayət edərək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
• Potensial namizəd hovuzunu yaratmaq və müntəzəm olaraq yeniləmək;
• Sosial media platformalarından istifadə edərək, şirkətə uyğun namizədləri cəlb etmək;
• Müsahibə, test və namizədlərin seçilməsi prosesini peşəkar şəkildə təşkil etmək;
• Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və uğurla həyata keçirmək;
• Təhsil müəssisələri ilə əməkdaşlıqları irəli sürmək və əlaqələr qurmaq;
• HR verilənlər bazası, namizəd izləmə və idarəetmə sistemləri ilə effektiv işləmək;
• Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
• İşə götürmə metrikalarını diqqətlə izləmək və təhlil etmək;
• İşə götürən brendinin gücləndirilməsi məqsədilə müvafiq töhfələr vermək;
• Daxili müştərilərlə sıx əməkdaşlıq təmin etmək.

Namizədə olan tələblər:
İş təcrübəsi: İşə qəbul üzrə ən azı 2 (iki) il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən sahə üzrə
Xarici dil bilikləri:, İngilis dili və rus dili: yüksək səviyyədə
Üstünlüklər: SHRM, HRCI beynəlxalq serfitikatlarının olması
Kompüter bilikləri: MS Office: əla

İmtiyazlar:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

If you would like to join our team