EN
942

İH sədrinin ofisi - İH sədrinin ofisinin mütəxəssisi - İdarə Heyəti sədrinin müavininin köməkçisi

İdarə Heyəti üzvünün köməkçisi

Son müraciət tarixi: 20 Noyabr 2026

Haqqımızda

“PAŞA Həyat Sığorta” ASC Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən biri olaraq müştərilərinə innovativ, etibarlı və uzunmüddətli sığorta həlləri təqdim edir. Şirkət olaraq əməkdaşlarımızın peşəkar inkişafını, innovativ düşüncəni və davamlı öyrənmə mədəniyyətini dəstəkləyirik.

Əsas fəaliyyət istiqamətləri

Bu rolda siz:

  • İdarə Heyəti üzvünün (CRO/CFO) iş qrafikini, görüşlərini və gündəlik fəaliyyətini planlaşdıracaq, effektiv koordinasiyasını təmin edəcəksiniz;
  • Görüş və iclasların təşkilini, gündəliklərin hazırlanmasını, zəruri materialların toplanmasını və iştirakçılara təqdim edilməsini təmin edəcəksiniz;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların aidiyyəti struktur bölmələrə yönləndirilməsini, icra müddətlərinin izlənilməsini və nəticələrin təqdim olunmasını koordinasiya edəcəksiniz;
  • Rəhbərliyin strateji prioritetləri üzrə əsas fəaliyyətlərin və təşəbbüslərin icrasına təşkilati və inzibati dəstək göstərəcəksiniz;
  • Müxtəlif struktur bölmələrindən daxil olan məlumatları toplayacaq, təhlil edəcək və rəhbərlik üçün strukturlaşdırılmış hesabatlar və təqdimatlar hazırlayacaqsınız;
  • Əsas biznes göstəriciləri, KPI-lar və strateji təşəbbüslər üzrə məlumatların toplanmasına və monitorinqinə dəstək göstərəcəksiniz;
  • Layihə və təşəbbüslərin icra vəziyyətini izləyəcək, prioritet məsələlər, son icra tarixləri və mümkün risklər barədə rəhbərliyi vaxtında məlumatlandıracaqsınız;
  • Şirkətin struktur bölmələri, rəhbər şəxsləri, tərəfdaşları və digər maraqlı tərəflər arasında effektiv kommunikasiya və koordinasiyanı təmin edəcəksiniz;
  • Telefon zənglərini, elektron məktubları və dəvətləri qəbul edəcək, prioritetləşdirəcək və aidiyyəti üzrə yönləndirəcəksiniz;
  • Yerli və beynəlxalq işgüzar səfərlərin, ezamiyyətlərin, görüşlərin və korporativ tədbirlərin təşkilini koordinasiya edəcəksiniz;
  • Rəhbərlik üçün sənədlərin hazırlanmasını, tərcüməsini, redaktəsini və formatlaşdırılmasını həyata keçirəcək, məlumatların düzgünlüyünü təmin edəcəksiniz;
  • Təcili məsələlərin vaxtında rəhbərliyin diqqətinə çatdırılmasını, zəruri hallarda müvafiq eskalasiya prosesinin həyata keçirilməsini təmin edəcəksiniz;
  • Korporativ sənədlərin və məlumatların sistemli idarə olunmasını, məxfi məlumatların və kommersiya sirrinin qorunmasını təmin edəcəksiniz;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıq və göstərişləri icra edəcəksiniz.

Peşəkar profiliniz

  • İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
  • İnzibati işlər, rəhbər köməkçisi, icraedici dəstək, layihələrin idarə olunması və ya insan resursları sahəsində 1–3 il iş təcrübəsi;
  • Korporativ mühitdə iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan dili – əla səviyyə;
  • İngilis dili – əla səviyyə;
  • Rus dili biliyi üstünlük hesab olunur;
  • MS Office (Word, Excel, PowerPoint) proqramları üzrə yüksək səviyyədə bilik.

Şəxsi keyfiyyətlər: Güclü təşkilatçılıq, vaxtın idarə olunması və prioritetləşdirmə bacarıqları, analitik düşüncə, nəticəyönümlülük, effektiv ünsiyyət, komanda işi, problem həll etmə bacarığı, yüksək peşəkarlıq, etik davranış və məxfilik prinsiplərinə sadiqlik.

Biz nə təklif edirik

  • Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi;
  • Kritik xəstəliklər üzrə təminat təqdim edən Korporativ Həyat Sığortası;
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq imkanı;
  • “Dəyərlisən” platforması vasitəsilə müxtəlif güzəşt və endirimlər;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.

Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Hörmətli PAŞA Qrup əməkdaşı,

Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi careers@pasha-life.az vasitəsilə təqdim edə bilərsiniz.

İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır.


Board Member's Assistant

Deadline : 20 November 2026

About Us

“Pasha Life Insurance” OJSC is one of Azerbaijan’s leading life insurance companies, providing customers with innovative, reliable, and long-term insurance solutions. We support the professional development of our employees, innovative thinking, and a culture of continuous learning.

Key Responsibilities

In this role, you will:

  • Manage and coordinate the Board Member's (CRO/CFO) schedule, meetings, appointments, and daily activities;
  • Organize meetings, prepare agendas, collect relevant materials, and ensure their timely distribution to participants;
  • Coordinate the assignment of tasks to relevant departments, monitor deadlines, and provide progress updates to management;
  • Provide administrative and organizational support in implementing the Board Member's strategic priorities and key initiatives;
  • Collect, analyze, and consolidate information from various departments and prepare structured reports and presentations for management;
  • Support the collection and monitoring of key performance indicators (KPIs), business metrics, and strategic initiatives;
  • Monitor the progress of projects and initiatives, track priorities and deadlines, and proactively inform management of potential risks;
  • Facilitate effective communication and coordination between departments, senior management, business partners, and other internal and external stakeholders;
  • Manage incoming calls, emails, and invitations, ensuring appropriate prioritization and timely follow-up;
  • Coordinate domestic and international business travel, meetings, corporate events, and related logistical arrangements;
  • Prepare, translate, edit, and format documents, ensuring accuracy and consistency of information;
  • Identify urgent matters, ensure timely escalation, and bring critical issues to management's attention;
  • Maintain organized corporate records and documentation while ensuring the confidentiality of sensitive information and commercial secrets;
  • Perform other tasks and assignments as instructed by the direct manager.

 

Your Professional Profile

  • Bachelor's degree in any field;
  • 1–3 years of experience in administration, executive assistance, executive support, project management, or human resources;
  • Previous experience in a corporate environment will be considered an advantage;
  • Azerbaijani – fluent;
  • English – fluent;
  • Knowledge of Russian will be considered an advantage;
  • Advanced proficiency in MS Office (Word, Excel, PowerPoint).

Personal Qualities: Strong organizational and time management skills, ability to prioritize and manage multiple tasks, analytical thinking, result orientation, effective communication, teamwork, problem-solving skills, professionalism, ethical conduct, discretion, and commitment to confidentiality.

What We Offer

  • Comprehensive medical insurance coverage for employees and their family members;
  • Corporate Life Insurance providing coverage against critical illnesses;
  • Training and development opportunities within an individual development plan;
  • Free parking facilities;
  • Discounts and special offers available through the “Dəyərlisən” platform;
  • Access to sports and wellness services.

Only candidates who meet the initial selection criteria will be contacted.

Dear PASHA Group Employee,

Applications for internal vacancies are submitted through the Mobility platform. If Mobility is not available within your company or you are not eligible to apply through the platform, you may submit your application via careers@pasha-life.az .

We believe that every new opportunity can be another meaningful step in your professional journey.

 

If you would like to join our team