EN
942

İnzibati işlər şöbəsi - İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi

İnzibati İşlər Şöbəsi

Kiçik Mütəxəssis (Resepşn)

 

Vəzifə öhdəlikləri

- Müştərilərin və qonaqların qarşılanması, onların müvafiq şöbə və əməkdaşlarla əlaqələndirilməsi;

- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şöbələrə yönləndirilməsi;

- Müştəri və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının həyata keçirilməsi;

- Müştəri və qonaqların sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi;

- Daxili və xarici məktubların, sənədlərin qəbulu və aidiyyəti üzrə çatdırılması;

- Şirkətə məxsus kitabxananın işinin təşkili və idarə olunmasına dəstək göstərilməsi;

- Birbaşa rəhbər tərəfindən verilən digər göstəriş və tapşırıqların yerinə yetirilməsi;

 

Namizədə olan tələblər

İş təcrübəsi:
Sahə üzrə iş təcrübəsi tələb olunmur.

Təhsil:
İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.

Dil bilikləri:

- Azərbaycan dili: əla;

- Rus dili: əla/yaxşı;

- İngilis dili: orta.

Kompüter bilikləri:

- MS Office proqramları : orta səviyyə.

Üstünlük veriləcək:

- İnzibati işlər və ya resepsiyon sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

 

Fərdi keyfiyyətlər və bacarıqlar:

  • Nəticəyönümlülük;
  • Müştəriyönümlülük;
  • Etibar yaratmaq bacarığı;
  • Komandada işləmək və əməkdaşlıq bacarığı;
  • Keyfiyyətyönümlülük;
  • Məlumat toplamaq və düzgün təhlil etmək bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşüncə.

 

Biz nə təklif edirik?

  • Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi;
  • Kritik xəstəliklər üzrə təminatı əhatə edən korporativ həyat sığortası;
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq;
  • “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanı.

                                                                                                                                 

 *Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

 

If you would like to join our team