İnformasiya təhlükəsizliyi departamenti
İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə mütəxəssisi
Müqavilə növü: 1 illik müddətli əmək müqaviləsi
Son müraciət tarixi : 30 iyun 2026
Vəzifə Öhdəlikləri:
• Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması;
• İnformasiya təhlükəsizliyi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və nəzarət mexanizmlərini formalaşdırmaq;
• İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması və müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
• Serverlərin, korporativ şəbəkənin, elektron poçt sisteminin, veb resursların və informasiya sistemlərinin təhlükəsizliyinə nəzarət etmək;
• İstifadəçi giriş icazələrinin və informasiya aktivlərinə çıxışların idarə edilməsini təmin etmək;
• Cloud, EDR, DLP, NGFW, UEBA,SIEM,SOAR və digər təhlükəsizlik sistemlərinin monitorinqini və effektiv fəaliyyətini təmin etmək;
• Active Directory və Group Policy idarəetməsinə nəzarət etmək;
• Üçüncü tərəf təchizatçıların və layihələrin informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməsini həyata keçirmək;
• İnformasiya aktivlərinin təsnifləşdirilməsi və qorunması üzrə prinsiplərin hazırlanmasında iştirak etmək;
• Təhlükəsizlik tədbirlərinin effektivliyini qiymətləndirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
• Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması;
• Agile komandalar və digər aidiyyəti strukturlarla koordinasiyalı şəkildə işləmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Üstünlüklər:
-BTL1,BTL2, Security+,CEH, CySA+ və ya oxşar sertifikatlar üstünlükdür.
-İSO 27001 , NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.