EN
942

- Seçim - - Məhsul sahibi

Məhsul Sahibi

 

Vəzifə öhdəlikləri:

• Müştərilərin uzunmüddətli maliyyə məqsədlərinə uyğun həyat sığortası, yığım və investisiya yönümlü yeni məhsul konsepsiyalarının hazırlanması;
• Mövcud həyat sığortası məhsullarının təkmilləşdirilməsi və yeni dəyər təkliflərinin formalaşdırılması;
• Embedded insurance həllərinin araşdırılması və müxtəlif müştəri səyahətlərinə inteqrasiya imkanlarının müəyyən edilməsi;
• Bank, fintech, ödəniş sistemləri, pərakəndə satış və digər tərəfdaş ekosistemlərində məhsulların yerləşdirilməsi imkanlarının təhlil edilməsi;
• Yeni məhsul ideyaları üzrə ilkin biznes analizlərin və iqtisadi qiymətləndirmələrin aparılması;
• Müştəri ehtiyaclarını məhsul konsepsiyasına, biznes modelinə və dəyər təklifinə çevirmək;
• Məhsullar üzrə qaydaların, proseslərin və sistem tələblərinin hazırlanması məqsədilə aidiyyəti komandalarla əməkdaşlıq etmək;
• SQUAD üzrə backlog-un idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi, user story və acceptance criteria-ların hazırlanması;
• Məhsul performansının (satış, aktiv müqavilə sayı, retention, persistency, gəlirlilik və s.) izlənilməsi və davamlı təkmilləşdirilməsi;
• Yerli və beynəlxalq bazarlarda tətbiq olunan investisiya, yığım və həyat sığortası məhsullarının araşdırılması və uyğun həllərin tətbiqi.

Namizədə olan tələblər:

İş təcrübəsi: Məhsul inkişafı, həyat sığortası, bank, investisiya məhsulları, şəxsi kapitalın idarə olunması (wealth management), fintech və ya digər maliyyə xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.

Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, bank işi və sığorta, investisiya, riyaziyyat, statistika, data analytics və ya digər uyğun ixtisaslar üzrə bakalavr dərəcəsi.

Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta səviyyə üstünlükdür.

Üstünlüklər:
• İnvestisiya, yığım və sığorta məhsulları üzrə anlayış;
• Analitik düşüncə və biznes modellərinin qurulması bacarığı;
• Müştəri ehtiyaclarını məhsul həllərinə çevirmək bacarığı;

• Bazar araşdırması və beynəlxalq təcrübələrin təhlili bacarığı.
 

Kompüter bilikləri: MS Office – əla (xüsusilə Excel, PowerPoint və Word). Power BI, SQL, Jira/Confluence üzrə biliklər üstünlükdür.

Fərdi keyfiyyət tələbləri:
• Analitik və strateji düşüncə;
• Sahibl
ənmə və nəticəyönümlülük;
• Təşəbbüskarlıq və innovativ yanaşma;
• Güclü ünsiyyət və təqdimat bacarığı;
• Komanda ilə işləmək və stakeholder-ləri idarə etmək bacarığı;
• Detallara diqqət və problemlərin həlli bacarığı.

 

Biz nə təklif edirik:

- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

- Ödənişsiz dayanacaq imkanının təmin olunması;

- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

If you would like to join our team