EN
942

Qiymətləndirmə və portfel analizi söbəsi - Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Anderraytinq, təkrarsığorta və qiymətləndirmə departamenti,Qiymətləndirmə və portfel analizi söbəsi

Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri:

- Sığorta məhsulları üzrə tariflərin, qiymət modellərinin və aktuar hesablamaların hazırlanması və təkmilləşdirilməsi;
- Sığorta portfelinin təhlili, zərərlilik və s. statistik göstəriciləri nəzərə alınmaqla məhsulun qiymətləndirilməsi;
- Yeni məhsul və xidmətlərin yaradılması, mövcud məhsulların inkişaf etdirilməsi prosesində iştirak;
- Məhsul qiymətlərinin və hesablamalarının elektron sistemlərə inteqrasiyası, test edilməsi və təkmilləşdirilməsi;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi, ehtiyac yarandığı təqdirdə metodologiyanın təkmilləşdirilməsi
- Sığorta müqavilələri üzrə akkumulyasiya olunmuş katastrofik risklərə münasibətdə meydana gələcək risklər üçün “PML” məbləğinin hesablanması
- Kalkulyatorların, metodologiyaların və əlaqəli sənədlərin hazırlanması və yenilənməsi;
- Xüsusi təhlillərin aparılması, dünya təcrübəsinin araşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Aşkarlanmış audit faktları, insidentlər və açıq risklərlə bağlı tədbirlər planının verilməsini və icrasını təmin etmək
- Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması;
- Risk iştahası bəyannaməsində qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq.


Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri, Maliyyə, İnformatika, Data analitika üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: İngilis dili:orta
Üstünlüklər:

- Tətbiqi riyaziyyat, Statistika, Riyaziyyat, Aktuar, Data analitika üzrə magistr dərəcəsinin olması,

- Sahə üzrə 1 ildən çox iş təcrübəsinin olması
- Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi
- SQL, R, Python, MS Excel-VBA biliklərin olması
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.


Biz nə təklif edirik:

- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

- Ödənişsiz dayanacaq imkanının təmin olunması;

- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

 

If you would like to join our team