Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Son müraciət tarixi :18 may 2026
Vəzifə öhdəlikləri:
- MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə
hesabatlarının hazırlanması;
- Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz
etmək;
- Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün
Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
- Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
- Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində
digər struktur bölmələrlə əməkdaşlıq etmək;
- İllik büdcənin hazırlanmasında iştirak etmək;
- Rüblük və aylıq əsasda büdcə-faktiki təhlillərini aparmaq;
- Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
- Şöbənin funksiyasından irəli gələn digər işlər.
Namizədə olan tələblər:
İş təcrübəsi: Hesabatlılıq sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İqtisadiyyat, Maliyyə, mühasibatlıq və digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta;
Üstünlüklər:
-SQL və Power BI üzrə biliklər;
-CFA imtahanını üzrə birinci mərhələsini uğurla tamamlaması,
-Beynəlxalq audit şirkətlərində qazanılmış iş təcrübəsi.
Kompüter bilikləri: MS Excel:əla , MS PowerPoint:əla , MS Word:əla , MS Office:əla , MS Outlook:əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.