Korporativ kommunikasiya şöbəsi
Korporativ kommunikasiya şöbəsinin baş mütəxəssisi
Son müraciət tarixi: 18 may 2026
Vəzifə Öhdəlikləri:
- Şirkətin daxili və xarici brend kommunikasiya strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
- Daxili kommunikasiya kampaniyalarının, layihələrinin və təşəbbüslərinin planlanması və həyata keçirilməsi
- Rebrendinq proseslərində aktiv iştirak və brend standartlarına uyğun kommunikasiya materiallarının hazırlanmasının koordinasiyası;
- Tədbirlərin (korporativ günlər, təlimlər, konfranslar, loyallıq proqramları, sosial layihələr və s.) planlanması və idarə olunması;
- Şirkətdaxili klubların yaradılması və idarə olunması;
- Əməkdaşların məlumatlılığını və korporativ mədəniyyəti gücləndirən layihələrin hazırlanması və icrası;
- Kommunikasiya materialları üçün kontentin yazılması, redaktəsi və dizayn prosesinin koordinasiyası;
- Video, foto və digər vizual materialların hazırlanması üzrə podratçılarla işin təşkili və koordinasiyası;
- Sosial media kanallarının idarə olunması və kontent strategiyasının həyata keçirilməsi;
- Sorğuların, məmnuniyyət ölçmələrinin və əməkdaş rəylərinin toplanması, təhlili və hesabatlaşdırılması;
- CSR, xeyriyyə və sponsorluq layihələrinin planlanması və idarə olunması.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: Marketinq, Biznesin İdarəedilməsi, Beynəlxalq Münasibətlər, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla;
Üstünlüklər: Marketinq, marketinq kommunikasiyası, korporativ kommunikasiya və brend idarəçiliyi istiqamətlərində iş təcrübəsinin olması;
Kompüter bilikləri: MS Office:əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.