Korporativ kommunikasiya şöbəsi
Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi/kiçik mütəxəssisi
Son müraciət tarixi : 18 may 2026
*Vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə 6 aylıq müddət üçün nəzərdə tutulmuşdur
Vəzifə Öhdəlikləri:
- Şirkətin daxili və xarici kommunikasiya fəaliyyətləri üzrə kontentin hazırlanması və koordinasiyasının həyata keçirilməsi;
- Şirkət tərəfindən təşkil olunan daxili və xarici tədbirlərin, layihələrin və kampaniyaların planlanması və təşkili;
- Daxil olan kontentlərin emalı, təhlili və müvafiq hesabatların hazırlanması;
- Employee Branding, brand tanıtımı və digər şirkətdaxili layihələr üzrə yaradıcı təşəbbüslərin irəli sürülməsi və innovativ yanaşmaların tətbiqi;
- Korporativ sosial məsuliyyət (KSM), sponsorluq və sosial layihələrin təşkili və idarə olunması;
- Video və foto materiallarının hazırlanması, kommunikasiya kontentlərinin yazılması və redaktə olunması;
- Promo materialların və korporativ hədiyyələrin sifariş prosesinin idarə olunması, anbar stokuna nəzarətin həyata keçirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur. Korporativ kommunikasiya sahəsində fəaliyyət göstərən kiçik mütəxəssislərin müraciətləri də nəzərdən keçiriləcək.
Təhsili: Marketinq, Biznesin İdarəedilməsi, Beynəlxalq Münasibətlər, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Üstünlüklər: Marketinq,korporativ kommunikasiya istiqamətlərində iş təcrübəsinin olması;
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.