EN
942

Biznes analitika bölməsi - Biznes analitik

Biznes proseslərinin idarəedilməsi və optimallaşdırılması mərkəzi, Biznes analitika bölməsi

Biznes analitik

Son müraciət tarixi :  15 may 2026


Vəzifə Öhdəlikləri:

- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi və optimizasiya təkliflərinin hazırlanması;

- Proses dəyişiklikləri ilə bağlı tələblərin əlaqəli tərəflərə anlaşılan formada ötürülməsi;

- Məhsul və şirkət proseslərinin inkişafı üçün innovativ yanaşmaların təklif edilməsi;

- Proseslərin optimallaşdırılması üçün beynəlxalq standartların və rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;

- Proseslərin effektivliyinin monitorinq və analiz əsasında ölçülməsi;

- Proseslərin və məlumatların daxili normativ sənədlərdə düzgün əks etdirilməsinin təmin edilməsi;

- Proseslər üzrə blok-sxemlərin hazırlanması və təkmilləşdirilməsi;

- Məhsullar üzrə sənədlərin hazırlanması və məlumatların tamlığının təmin edilməsi;

- Proseslərin inkişafına dair təkliflərin şirkət daxilində paylaşılması və müzakirə edilməsi;

- Test ssenarilərinin yazılması və testlərin həyata keçirilməsi;

- Proseslərdə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;

- Audit nəticələri və risk insidentləri üzrə problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi.
 

Namizədə olan tələblər:

İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.

Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi

Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta

Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar

Kompüter bilikləri: MS Office:əla

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.



Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

If you would like to join our team