EN
942

Satınalma şöbəsi - Satınalma şöbəsinin baş mütəxəssisi

Satınalma şöbəsi

Satınalma şöbəsinin baş mütəxəssisi

Son müraciət tarixi : 15 may 2026

 

Vəzifə Öhdəlikləri:

- Sifarişçi tərəfindən daxili ERP sistem üzərində satınalma ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi və təsdiq olunması;

- Sifarişin strukturlarla texniki və spesifikasiya məlumatlarının dəqiqləşdirilməsi;

- Satınalma ilə bağlı tədarükçülərə sorğuların e-mail vasitəsilə (0–5000 AZN) və e-procure platforması üzərindən (5000 AZN-dən yuxarı) göndərilməsi və vaxtında icrasına nəzarət edilməsi;

- Təchizatçıların araşdırılması zamanı sənədlərinin toplanması (Nizamnamə, Çıxarış, VÖEN, imza səlahiyyətlərini təsdiq edən sənəd, portfolio və digər sənədlər). Yeni təchizatçıların e-procure platformasında qeydiyyatdan keçməsi üçün məlumat məktubunun göndərilməsi;

- Daxil olan və uyğun seçilən yeni təchizatçıların qiymət təkliflərinin daxili ERP xidmət sifarişi moduluna yüklənməsi (e-mail və e-procure platformasından alınan təkliflər üzrə);

- Təkliflərin dəyərləndirilməsi prosesinin aparılması;

-  Təchizatçı ilə müqavilənin olub-olmamasının dəqiqləşdirilməsi, müqavilə olmadığı və ya müddəti bitdiyi təqdirdə sənədləşmə işləri ilə bağlı təchizatçıya müraciət edilməsi;

- Müqavilə, QRP, təhvil-təslim və digər əlavələrin razılaşdırılması, hazırlanması və hüquq departamenti tərəfindən yoxlanılması;

-  Təchizatçı tərəfindən daxil olan və ESD-yə yüklənmiş sənədlərin yoxlanılması, təsdiq edilməsi və prosesin sonadək izlənməsi;

-  Korporativ kart ilə alınacaq sifarişlərin icra edilməsi;

-  Alınmış malların vaxtında anbara təhvil verilməsinə nəzarət edilməsi;

-  Korporativ mobil və ASAN nömrələrin təmin olunması ilə bağlı prosesin aparılması və danışıq xərclərinin daxili ERP sistemə yüklənməsi;

-  Əsas vəsaitlərin və nəqliyyat vasitələrinin satışa çıxarılması ilə bağlı prosedura uyğun prosesin aparılması və icra edilməsi;

-  Satınalma ilə bağlı təchizatçılarla görüşlərin keçirilməsi;

-  Satınalma fəaliyyəti prosesində Qrupun siyasət və prinsiplərinə riayət olunmasının təmin edilməsi;

-  Qrupdaxili satınalma strategiyası və siyasətinin bütün satınalma fəaliyyətində tətbiq edilməsi;

-  Satınalma işinin təkmilləşdirilməsi məqsədilə yeni təkliflərin rəhbərliyə təqdim edilməsi;

- Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərə uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi: Satınalma sahəsi üzrə 5 ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.


Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

 

If you would like to join our team