Marketinq mərkəzi
Marketinq mərkəzinin eksperti (Baş mütəxəssis)
Son müraciət tarixi : 27 may 2026
Vəzifə Öhdəlikləri:
- Sığorta bazarında həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlərin müəyyən olunması;
- Rəqiblərin kimliyi, bazardakı mövqeyi və payı, həmçinin uğurlarına təsir edən əsas faktorların araşdırılması;
- Press-reliz mətnlərinin hazırlanması;
- Mərkəzin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
- Rəqəmsal marketinq layihələrinin idarə olunması;
- Yeni rəqəmsal alətlərdən istifadə etməklə potensial müştərilərə birbaşa çıxışın təmin edilməsi;
- Rəqəmsallaşma strategiyasına uyğun rəqəmsal həllərin hazırlanması prosesində iştirak;
- Məhsullar üzrə media və kommunikasiya planlarının hazırlanması;
- Mövcud satış kanalları üzrə reklam materiallarının hazırlanması və KİV-də yerləşdirilməsi;
- Korporativ internet səhifəsinin idarə olunmasının təmin edilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Marketinq sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Biznes, iqtisadiyyat, marketinq və ya menecment ixtisasları üzrə ali təhsil tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla
Kompüter bilikləri: MS Office:əla , MS PowerPoint:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.