EN
942

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi - Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin müdiri

Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin müdiri

Son müraciət tarixi : 14 may 2026

 

Vəzifə Öhdəlikləri:

- Cəmiyyət üzrə maliyyə və sığorta risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunmasının təşkili;
- Risklərin idarəedilməsi üzrə tənzimləyici və daxili nəzarət çərçivəsinin tətbiqi və təkmilləşdirilməsinə rəhbərlik;
- Risklərin ölçülməsi üçün model və alətlərin qurulması, inkişaf etdirilməsi və tətbiqinə nəzarət;
- Risklərin idarəedilməsi siyasətləri, prosedurları və limitlərə əməl olunmasına nəzarət;
- Risk İştahası Bəyannaməsinin hazırlanması, yenilənməsi və risk metriklərinin inkişaf etdirilməsi üzrə təkliflərin verilməsi;
- Risk limitlərinin monitorinqi, pozuntuların təhlili və yumşaldıcı tədbirlərin həyata keçirilməsinə nəzarət;
- Stress test və ssenari analizlərinin təşkili, nəticələrinin təhlili və qərarverməyə inteqrasiyası;
- Solvency modeli çərçivəsində risklər üzrə kapital tələblərinin hesablanması və kapitalın effektiv bölüşdürülməsi üzrə təkliflərin verilməsi;
- Maliyyə və sığorta riskləri üzrə hesabatlılığın, risk göstəricilərinin və monitorinq sistemlərinin təmin edilməsi;
- Şöbənin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və təşkilat üzrə risk mədəniyyətinin inkişaf etdirilməsi.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 5 il və daha çox iş təcrübəsi tələb olunur.
Təhsili: Risklərin idarə edilməsi, Maliyyə, İqtisadiyyat, Aktuar və ya  sahə üzrə əlaqəli bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Üstünlüklər: CFA, FRM sertifikatların
a sahib olmaq üstünlükdür.
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri:
Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

If you would like to join our team