Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsi
Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiri
Son müraciət tarixi : 31 mart 2026-cı il
Vəzifə öhdəlikləri
- Aktiv və öhdəliklərin durasiya uyğunluğunu təhlil edərək balansın faiz həssaslığını qiymətləndirmək və uyğunsuzluğu azaltmaq üçün analitik alətlər hazırlamaq;
- Pul axını modelləri qurmaq, reinvestment riskini qiymətləndirmək və nəticələrin investisiya qərarlarında nəzərə alınması üçün təkliflər vermək;
- Bazar şoklarının şirkətin maliyyə nəticələrinə təsirini ölçmək üçün ssenari və həssaslıq analizləri aparmaq;
- Kapitalın mövcud istifadəsini qiymətləndirmək və biznes bölmələri üzrə daha səmərəli utilizasiyası üçün yanaşmalar hazırlamaq;
- Yeni biznes və məhsullar üzrə qərarların kapitala təsirini əvvəlcədən təhlil etmək;
- Bazar dəyişikliklərinin kapital mövqeyinə təsirini qiymətləndirmək və optimallaşdırma imkanlarını müəyyən etmək;
- İnvestisiya portfelinin strukturunu öhdəliklərə uyğunlaşdırmaq və asset allocation üzrə təkliflər vermək;
- Likvidlik mövqeyini və valyuta riskini balans səviyyəsində təhlil etmək və idarə olunmasını təmin etmək;
- Reserving funksiyası ilə birlikdə öhdəliklərin pul axını və fərziyyələrini nəzərə alaraq ALM yanaşmasını tətbiq etmək;
- Nəticələri rəhbərliyə təqdim etmək və qərarvermə prosesinə inteqrasiya etmək.
Namizədə olan tələblər
İş təcrübəsi: Maliyyə, risklərin idarə olunması, xəzinədarlıq və ya investisiya sahəsində minimum 4-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə, iqtisadiyyat, riyaziyyat, aktuar elmləri və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:sərbəst , İngilis dili:əla.
Kompüter bilikləri:
- Excel üzrə yüksək səviyyədə biliklər və maliyyə modelləri ilə işləmə bacarığı;
- Analitik modelləşdirmə və ssenari analizləri üçün alətlərdən istifadə bacarığı;
- Python, R və ya digər analitik alətlər üzrə biliklər üstünlük hesab olunur.
Üstünlüklər:
-IFRS 17 və ya kapital idarəedilməsi yanaşmaları ilə işləmə təcrübəsi;
- Bankların xəzinədarlıq/ ALM, bazar və likvidlik risklərinin idarəedilməsi və ya investisiya sahəsində iş təcrübəsi;
- CFA, FRM və ya aktuar sertifikatları.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.