Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Hesabatlılıq şöbəsinin müdiri
Son müraciət tarixi : 20 mart 2026
Vəzifə Öhdəlikləri:
Maliyyə Hesabatlılığı və Analitika
- Üst rəhbərlik və səhmdarlar üçün hazırlanmış dövri maliyyə hesabatlarında faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəsini aparmaq və fərqləri izah etmək;
- Maliyyə performansı ilə bağlı icraçı qərarların verilməsi üçün analitik tövsiyələr hazırlamaq;
- Şirkətin daxili hesabat standartlarına və beynəlxalq təcrübəyə uyğun hesabat strukturlarının tətbiqinə nəzarət etmək;
- KPI-ların və əsas performans göstəricilərinin (mənfəətlik, likvidlik, rentabellik və s.) monitorinqini həyata keçirmək və trendləri təhlil etmək.
Büdcələşdirmə və Proqnozlaşdırma
- Şirkətin illik büdcə prosesinə rəhbərlik etmək və bütün struktur bölmələrinin büdcə məlumatlarının vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
- Dövri yenilənən (rolling) proqnozların hazırlanmasını koordinasiya etmək və biznes mühitindəki dəyişikliklərə uyğun ssenari analizləri aparmaq;
- Büdcə və proqnoz göstəricilərinin şirkətin strateji məqsədləri ilə uyğunluğunu təmin etmək;
- Əməliyyat bölmələrindən daxil olan məlumatların təhlilini həyata keçirməklə proqnozların dəqiqliyini artırmaq.
Maliyyə Hesabatlılığı və Analitika
- Üst rəhbərlik və səhmdarlar üçün hazırlanmış dövri maliyyə hesabatlarında faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəsini aparmaq və fərqləri izah etmək;
- Maliyyə performansı ilə bağlı icraçı qərarların verilməsi üçün analitik tövsiyələr hazırlamaq;
- Şirkətin daxili hesabat standartlarına və beynəlxalq təcrübəyə uyğun hesabat strukturlarının tətbiqinə nəzarət etmək;
- KPI-ların və əsas performans göstəricilərinin (mənfəətlik, likvidlik, rentabellik və s.) monitorinqini həyata keçirmək və trendləri təhlil etmək.
Daxili Koordinasiya və Məlumat İdarəetməsi
- Operativ sistemlərdən, ERP-dən və digər rəqəmsal mənbələrdən daxil olan məlumatların dəqiqliyini və tamlığını təmin etmək;
- Struktur bölmələri arasında məlumat axınının düzgünlüyünü təmin etməklə hesabat prosesinin səmərəliliyini artırmaq;
- Daxili nəzarət mexanizmlərini təkmilləşdirmək və maliyyə məlumatlarının keyfiyyətini yüksəltmək.
Audit və Uyğunluq
- Xarici audit prosesinə rəhbərlik etmək, tələb olunan açıqlamaların və məlumatların təqdim olunmasını koordinasiya etmək;
- Normativ tələblərə uyğunluğun təmin edilməsi üçün hesabatların və açıqlamaların vaxtında təqdim edilməsinə nəzarət etmək;
- Nəzarət orqanları, komitələr, İdarə Heyəti və Səhmdar tərəfindən daxil olan birdəfəlik sorğuların vaxtında cavablandırılmasını təmin etmək.
İnkişaf və Təkmilləşdirmə
- Hesabatlılıq proseslərinin daha çevik və avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi üçün rəqəmsal həllərin tətbiqinə rəhbərlik etmək;
- Analitika və hesabatlıq alətlərinin (BI sistemləri, dashboard-lar) təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə hesabatlılığı, büdcə planlaşdırılması və maliyyə analitikası istiqamətində üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
Kompüter bilikləri: MS Office:əla , MS Excel:əla , MS Word:əla , MS Outlook:əla
Üstünlüklər:
Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.