942

Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi - Qeyri-maliyyə risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri

Qeyri-maliyyə risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri

Risklərin idarəedilməsi departamenti, Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi

Son müraciət tarixi : 1 mart 2026-cı il

 

Vəzifə Öhdəlikləri:

• Şirkətdə qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunması proseslərinin təşkili və təkmilləşdirilməsində iştirak edilməsi;
• Risk İştahası Bəyannaməsi (RİB) üzrə göstəricilərin, limitlərin və metriklərin hazırlanması, yenilənməsi və icrasına nəzarətin həyata keçirilməsi;
• Risklər, limit pozuntuları, insidentlər və itkilər üzrə hesabatlılığın təmin edilməsi;
• Daxili insidentlərin və itkilərin toplanması, təhlili (RCA-nın aparılması) və risk reyestrinin idarə edilməsi;
• Risk indikatorlarının hazırlanması, izlənilməsi və mütəmadi hesabatların təqdim edilməsi;
• Biznes prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və yumşaldıcı tədbirlər planlarının hazırlanmasında iştirak edilməsi;
• Biznesin fasiləsizlik planının (BCP/BIA) hazırlanması və tətbiqi üzrə aidiyyəti strukturlarla əməkdaşlıq edilməsi;
• Daxili və xarici audit aşkar etmələri üzrə tədbirlər planlarının icrasına nəzarət edilməsi;
• Qeyri-maliyyə risklərinin idarə olunması üzrə siyasətlərin, qayda və prosedurların hazırlanması və yenilənməsi;
• İT sistemlərinin əlçatanlığına, sistem dayanmalarına və onların təhlilinə nəzarət edilməsi;
• Risk mədəniyyətinin artırılması istiqamətində təşəbbüslərdə iştirak edilməsi;
• Şöbə əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarət edilməsi;
• İdarə Heyətinin və Baş Risk İnzibatçısının tapşırıqlarının icrasının təmin edilməsi.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Risklərin idarə edilməsi (Qeyri-maliyyə risklərinin idarə edilməsi və ya əməliyyat riskləri üzrə) sahəsi 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: İnformasiya Texnologiyaları və sistemləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Kompüter bilikləri: MS Office:əla

Üstünlüklər:

• Çərçivələr və standartlar: ISO 27001/27005, NIST CSF, COBIT, ITIL (üstünlük), ISO 22301 (BCM)
• Third-Party/Vendor Risk Management: due diligence, müqavilə nəzarətləri, SLA, exit plan, konsentrasiya riski.
• Vulnerability & Patch Management, secure configuration, access management (IAM), log/monitoring əsasları.

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.


Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

 

If you would like to join our team