Biznes proseslərinin optimallaşdırılması mərkəzi
Biznes proseslərinin optimallaşdırılması mərkəzinin rəhbəri
Son müraciət tarixi : 20 dekabr 2025
Vəzifə öhdəlikləri
- Biznes proseslərin optimallaşdırılması proqramını idarə etmək, Biznes proseslərin şirkət üzrə reyestrinin (BPU siyahısı) və Raci matrixlərin hazırlanmasını ve yenilənməsini idarə etmək;
- Cəmiyyət və məhsullar üzrə proseslərin təhlili, optimizasiya və standartlaşdırma təşəbbüslərini həyata keçirmək; innovativ və rəqəmsal həlləri tətbiq etmək;
- Daxili normativ sənədlərin hazırlanmasına, yenilənməsinə, reyestrinin aparılmasına və məlumatların düzgün əks olunmasına nəzarət etmək;
- Həyat sığortası məhsullarının qaydaları, şəhadətnamə formaları və əlaqəli sənədlərin hazırlanması, yenilənməsi və məlumatların tamlığının təmin olunmasını idarə etmək;
- Komandanın fərdi inkişaf planlarını hazırlamaq, bilik və bacarıqlarının artırılmasını təmin etmək;
- Proseslərdə riskləri müəyyənləşdirmək, əməliyyat itkiləri və tənzimləyici pozuntular üzrə Risklərin İdarəedilməsi Bölməsi metriklərini monitorinq etmək və risklərin idarə olunmasını təmin etmək;
- Portfolio menecment və analitik fəaliyyətləri (data analiz, xərclərin təhlili, prioritetlərin müəyyən edilməsi) həyata keçirmək;
- Audit faktlar, risk insidentləri və tənzimləyici pozuntuların aradan qaldırılması üçün tədbirlər planlarını hazırlamaq, icrasını izləmək və əlaqəli tərəflərlə koordinasiya etmək;
- İdarə Heyətinin qərar və tapşırıqlarının icrasına, komanda fəaliyyətinin məhsuldarlığına, əməliyyat və maliyyə intizamına nəzarət etmək;
- Şirkət resurslarının səmərəli istifadəsini, daxili qaydalara və qanunvericiliyə əməl edilməsini təmin etmək, sənədlərin keyfiyyətli və operativ hazırlanmasını idarə etmək;
Namizədə olan tələblər:
İş təcrübəsi: Biznes proseslərin idarə olunması və optimallaşdırılması, Layihə idarəçiliyi, Keyfiyyət və performans idarəçiliyi, Maliyyə və əməliyyat analitikası, Sığorta sahələri üzrə ən azı 3 ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Biznes İdarəçiliyi, İqtisadiyyat, Maliyyə, IT və ya əlaqəli sahələr üzrə Ali təhsil
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
Üstünlüklər: Beynəlxalq sertifikatlar və ya proses optimallaşdırma üzrə əlavə biliklər üstünlük hesab olunur
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Məlumat (data) yönümlü qərar vermə bacarığı, Liderlik və idarəetmə, Böhranların effektiv idarə edilməsi, Komanda Performansının Yüksəldilməsi, Problem həll etmə qabiliyyəti, Deleqasiya bacarığı, Üstün kommunikasiya bacarıqları
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.