QA Engineer (Keyfiyyət Təminatı Mühəndisi)
Proqramlaşdırma mərkəzi
Son müraciət tarixi : 13 dekabr 2025
Vəzifə Öhdəlikləri:
- Tələblər və Qəbul Meyarları (Acceptance Criteria) üzrə aydınlaşdırma aparmaq; test oluna bilən və ölçülə bilən qəbul meyarlarının müəyyən olunmasını təmin etmək
- Release və ya iş vahidi üzrə Test Plan hazırlamaq: işin əhatə dairəsi, giriş meyarları, çıxış meyarları, risklər, resurslar və icra cədvəli
- Test dizayn metodlarını tətbiq etmək: Equivalence Partitioning, Boundary Value Analysis (BVA), Decision Tables, State Transition, Pairwise
- Test növlərini icra etmək: funksional, inteqrasiya və sistem səviyyələrində manual testləri yerinə yetirmək; smoke, reqrasiya və acceptance test dəstlərini icra etmək
- Test nəticələrini sənədləşdirmək və Tələblərin İzlənəbilənlik Matrisi (Requirements Traceability Matrix – RTM) üzrə uyğunluğu təmin etmək
- Xəta qeydlərini strukturlaşdırılmış şəkildə aparmaq; defektlərin statusunu izləmək və təkrar testləri icra etmək
- Test məlumatlarının hazırlanmasını təşkil etmək; məlumat gizliliyi tələblərinə uyğun işləmək və lazım olduqda məlumatların anonimləşdirilməsini təmin etmək
- Test mühitlərinin hazır olub-olmamasını yoxlamaq; versiya, konfiqurasiya və servis asılılıqları üzrə uyğunsuzluqları eskalasiya etmək
- REST API üzrə manual testləri icra etmək; sorğu/cavab səviyyəsində yoxlamalar aparmaq; servislərarası inteqrasiya üzrə testləri planlamaq və icra etmək
- DevTools vasitəsilə HTTP sorğu/cavab, headers, JSON payload və status kodlarının analizini aparmaq
- Logları analiz etmək və tapıntıları xəta qeydlərinə və ya test reportlarına daxil etmək
- İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin hazırlanmasına dəstək vermək və UAT prosesini müşayiət etmək
- Feature toggles ilə idarə olunan funksionallıq üçün testləri planlamaq və nəticələri sənədləşdirmək
- İnformasiya təhlükəsizliyi, məxfilik və komplayens tələblərinə riayət etmək; audit üçün tələb olunan sənədləşməni təmin etmək
- Agile və Scrum metodologiyalarının tətbiqində iştirak etmək
Namizədə olan tələblər:
İş təcrübəsi:QA mühəndisi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Üstünlüklər: Proqramlaşdırma biliklərinə sahib olmaq üstünlükdür.
Kompüter bilikləri: Postman:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.