İnzibati işlər şöbəsi
İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi (Texniki və təmizlik xidməti üzrə)
Son müraciət tarixi : 12 dekabr 2025
Vəzifə öhdəlikləri
-Şirkətin inzibati binasında yerləşən mebel və digər avadanlıqlardan zədə və nasazlıq olmadan istifadəsinin təmin edilməsi;
-Struktur bölmələrin avadanlıq, inventar, material və ləvazimatlarının təmiri və bərpası;
-İşıqlandırma, qızdırıcı sistemlər, ventilyasiya və digər avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edilməsi;
-Cəmiyyətin balansında olan əsas vəsaitlərin və inventarların məqsədyönlü və düzgün istismarının təşkil edilməsi;
-Tədbirlərin təşkili və keçirilməsində texniki və təşkilati dəstəyin göstərilməsi;
-İnzibati və region nümayəndəliklərinin ofislərinin səmərəli istismarının təşkili;
-Struktur bölmələrin material və ləvazimatlarla təmin edilməsi;
-Şöbəyə daxil olan müraciət və sorğuların operativ şəkildə cavablandırılması;
-Təmizlik işinin təşkili və icrasına nəzarət edilməsi;
Namizədə olan tələblər:
Təhsil: Texniki ixtisas üzrə müvafiq peşə təhsili tələb olunur.
İş təcrübəsi: İnzibati işlər sahəsi üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Fərdi keyfiyyətlər: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, Danışıqlar aparmaq bacarığı, Ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülmə bacarığı, Yazı qabiliyyəti, Konfliktlərin/stresin idarə edilməsi, Etibarlılıq və şirkətə sədaqətlilik, Komanda ilə işləyə bilmək, Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), Təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.