942

- Seçim - - Anderraytinq və qiymətləndirmə departamentinin direktoru

Anderraytinq və qiymətləndirmə departamenti

Anderraytinq və qiymətləndirmə departamentinin direktoru

Son müraciət tarixi : 20 dekabr 2025

 

Vəzifə Öhdəlikləri:

-  Departamentin ümumi fəaliyyətinə rəhbərlik etmək və iş proseslərinin effektivliyini təmin etmək.

-  Anderraytinq qaydalarını formalaşdırmaq, risklərin qiymətləndirilməsi və sığorta şərtlərinin müəyyən edilməsinə nəzarət etmək.

-  Sığorta və təkrarsığorta üzrə baza tariflərinin və metodologiyaların hazırlanmasına rəhbərlik etmək.

-  Yeni və mövcud sığorta məhsullarının şərtləri, tarifləri və sənəd formalarına dair rəy vermək.

-  Təkrarsığorta siyasətinə uyğun olaraq broker və təkrarsığortaçılarla əməkdaşlığı təşkil etmək, risklərin yerləşdirilməsi və şəxsi tutumun müəyyən edilməsinə nəzarət etmək.

-  Təkrarsığorta əməliyyatları üzrə pul axını hesabatlarını və daxil olan təkliflərin təqdimata hazırlanmasını nəzarətdə saxlamaq.

-  Sığorta portfelinin təhlili, tarif hesablamaları və büdcə hazırlanması proseslərinə nəzarət etmək.

-  RİB metrikləri (A/E, AC/EC) üzrə monitorinq, proqnozlaşdırma və limit pozuntularının idarə edilməsini təmin etmək.

-  Risklərin aşkarlanması, qiymətləndirilməsi, risk reyestrinin yenilənməsi və əməliyyat risklərinin vaxtında bildirilməsinə nəzarət etmək.

-  Departament əməkdaşlarının inkişaf ehtiyaclarını müəyyənləşdirmək və təlimləri təşkil etmək.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Sığorta/anderraytinq/aktuari sahəsində ən azı 5 il iş təcrübəsi; Təkrarsığorta, tarif metodologiyası və risklərin idarə edilməsi üzrə dərin bilik; Komanda idarəetməsi və strateji qərarvermə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Aktuar, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil.
Dil bilikləri: İngilis dili:əla , Rus dili:əla
Üstünlüklər: CII sertifikatı, Sığorta sahəsi üzrə biliklər olması üstünlükdür.
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Müştəri təcrübəsi və Məlumat (data) yönümlü qərar vermə bacarığı, Liderlik və idarəetmə, Böhranların effektiv idarə edilməsi, Komanda Performansının Yüksəldilməsi, Problem həll etmə  qabiliyyəti, Deleqasiya bacarığı, Üstün kommunikasiya bacarıqları

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

If you would like to join our team