Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamenti
Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamentinin direktoru
Son müraciət tarixi : 17 dekabr 2025
Vəzifə Öhdəlikləri:
- Departamentin fəaliyyətinə rəhbərlik etmək və strateji hədəflərin icrasını təmin etmək;
- Şirkət daxili və xarici tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;
- Komandanın işini təşkil etmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və performansa nəzarət etmək;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması üçün təkliflər vermək və prosesləri təkmilləşdirmək;
- Müştəri müraciətləri, hadisələr və sığorta ödənişləri ilə bağlı qərarların verilməsində iştirak etmək;
- Audit yoxlamaları üzrə tapıntıların aradan qaldırılmasına və daxili nəzarət mexanizmlərinin gücləndirilməsinə nəzarət etmək;
- Departament üzrə KPI-lərin, büdcənin və əməliyyat planlarının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Ödənişlər, reqres və hesabatlılıq proseslərinə nəzarət etmək;
- Əməliyyat risklərini müəyyənləşdirmək, risk reyestrini yeniləmək və idarəetmə mexanizmlərini təmin etmək;
- Daxili normativ sənədlərin, proseslərin və xidmət keyfiyyətinin təkmilləşdirilməsində iştirak etmək;
- Departamentə aid layihələrin icrasını, sənəd dövriyyəsini və etik-davranış standartlarına riayəti təmin etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi:Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 5 il və daha çox iş təcrübəsi tələb olunur.
Təhsil: Biznesin idarəolunması, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili:əla, Rus dili: əla
Üstünlüklər: CII sertifikatı, Sığorta sahəsi üzrə biliklər olması üstünlükdür.
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Müştəri təcrübəsi və Məlumat (data) yönümlü qərar vermə bacarığı, Liderlik və idarəetmə, Böhranların effektiv idarə edilməsi, Komanda Performansının Yüksəldilməsi, Problem həll etmə qabiliyyəti, Deleqasiya bacarığı, Üstün kommunikasiya bacarıqları
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.