İnzibati işlər şöbəsi
İnzibati işlər şöbəsinin baş mütəxəssisi
Son müraciət tarixi :14 noyabr 2025
Vəzifə öhdəlikləri:
- Şirkətin inzibati binasında yerləşən mebel və digər avadanlıqlardan zədəsiz və nasazlıq olmadan istifadə olunmasına nəzarət etmək, ehtiyac yarandıqda təmirini təşkil etmək;
- Binada tələb olunan təmir işləri üzrə smetaların tərtib olunmasını təşkil etmək;
- Binanın texniki qurğularının (havalandırma, qazanxana, liftlər və s.) fasiləsiz fəaliyyətini təmin etmək;
- Təmizlik xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək və onları lazımi ləvazimatlarla təmin etmək;
- Təmizlik xidməti əməkdaşlarını yeniliklərlə tanış etmək və məzuniyyətlər üzrə sistem dəstəyi göstərmək;
- Cari işlər ilə bağlı anbar və ya xidməti sifarişlərin verilməsini təmin etmək;
- Otaqların, əməkdaşların və avadanlıqların köçürülməsi prosesini təşkil etmək;
- Kuryer xidmətini təşkil etmək və hədiyyələrin çatdırılması proseslərini həyata keçirmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlərlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqədar struktur bölməni məlumatlandırmaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi
Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili : əla
Kompüter bilikləri: MS Office : əla
Fərdi keyfiyyətlər: Diqqətlilik və məsuliyyətlilik, vaxtın idarə edilməsi bacarığı, komandada işləmək bacarığı, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.