Dələduzluq Hallarının İdarə Edilməsi üzrə Baş Mütəxəssis
Risklərin İdarəedilməsi Departamenti
Son müraciət tarixi : 19 sentyabr 2025
Vəzifə öhdəlikləri:
- Şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların (intervyular, qeydlərin təhlili və s.) aparılması;
- Dələduzluq hallarının aşkarlanması üçün mexanizmlərin qurulması (ƏRG, dashboard və s.);
- Dələduzluq halları üzrə məlumatların toplanması və təhlili;
- Dələduzluq riskləri ilə bağlı keyslərin izlənilməsi, nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
- Dələduzluq ilə əlaqəli qanunvericilik tələblərinin izlənilməsi;
- Əməkdaşların dələduzluq riskləri və nəzarət metodları ilə bağlı maarifləndirilməsi;
- Dələduzluq risklərinin idarə edilməsi üçün normativ bazanın yaradılması və təkmilləşdirilməsi;
- Araşdırma nəticələri ilə bağlı əhatəli hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risk sahəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
- Təhsil: İdarəetmə, Maliyyə, İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta;
- Üstünlüklər: Certified Fraud Examiner (CFE), Certified Financial Crime Specialist (CFCS) sertifikatlarının/lisenziyalarının olması; SQL və Python üzrə biliklər;
- Kompüter bilikləri: MS Office – əla;
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.