942

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi - Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin təcrübəçisi

Struktur bölmə: Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi
Vəzifə: Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin təcrübəçisi
Son müraciət tarixi : 05 sentyabr 2025

Vəzifə Öhdəlikləri:

• İnvestisiya portfelinin hərtərəfli təhlili yolu ilə maliyyə risklərinin aşkar edilməsi, ölçülməsi və nəzarət edilməsi prosesində iştirak etmək;
• Maliyyə riskləri alətləri və modellərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək;
• MHBS standartlarına uyğun olaraq makrokalibrləmə prosesində iştirak etmək;
• Banklar, korporativlər və maliyyə bazarlarının təhlili prosesində iştirak etmək;
• Cari və potensial iqtisadi dəyişikliklərin davamlı monitorinqi, stress testlərinin keçirilməsi və onun şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili.

Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə tələb olunmur, iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə və İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Kompüter bilikləri: MS Office:orta
Fərdi keyfiyyət tələbləri: Analitik düşüncə və problem həll etmə bacarığı

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

If you would like to join our team