Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti
Anderraytinq və qiymətləndirmə departamenti
Son müraciət tarixi : 25 avqust 2025
Vəzifə Öhdəlikləri:
-Müvafiq sığorta məhsulları üzrə şirkətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
-Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
-Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
-Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
-Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
-Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
-Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
-Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
-Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
-Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
-Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
-Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması;
-Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması
-Sığorta məhsullarının satışı üzrə mükafatlandırma metodologiyası üçün hesablamaların aparılması;
-Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi;
-Şirkət daxilində zərurət olduqda əməkdaşların məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərin keçirilməsi;
-Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri, Maliyyə və ya əlaqəli sahə üzrə müvafiq bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla
Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması ; Aktuar lisenziyasının olması; Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi; SQL, R və Python proqramlaşdırma biliklərin olması; MS Exceldə VBA (macros) biliklərin olması.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.