942

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi - Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Risklərin idarəedilməsi departamenti

Son müraciət tarixi: 18 avqust 2025-ci il

 

Vəzifə Öhdəlikləri:

-Modellərin validasiyası, nəticələrin qiymətləndirilməsi və hesabatların hazırlanması;

-Modellərin tərtibatı, tətbiqi və sənədləşdirilməsi proseslərinə nəzarət;

-Məlumat keyfiyyəti və model nəticələrinin düzgünlüyünün yoxlanılması;

-Model uyğunsuzluqlarının və risklərinin müəyyən edilməsi və idarə olunması;

-Model inventarının idarə olunması və yenilənməsi;

-Validasiya tövsiyələrinin icrasına nəzarət, üçüncü tərəf validasiyalarının təhlili;

-Modellərin avtomatlaşdırılması və tətbiqi üzrə texniki tapşırıqların hazırlanmasında iştirak;

-Daxili sənədlərin hazırlanması və model idarəçiliyi üzrə proseslərin təkmilləşdirilməsi;

-Maraqlı tərəflərlə əlaqə və rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının icrası.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə , riyaziyyat və ya data analitika ilə bağlı bakalavr dərəcəsi
Dil bilikləri: İngilis dili:əla ; Azərbaycan dili:əla
Kompüter bilikləri: MS Office:əla , PowerBI:orta

Üstünlüklər: Python proqramlaşdırma dili və Dataiku mühitində işləmə təcrübəsi arzuolunandır
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; müştəri yönümlülük; inam yaratma; komanda işi; əməkdaşlıq və keyfiyyət yönümlülük; problem həlletmə; planlaşdırma;


 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

If you would like to join our team