942

Aktuar xidməti - Aktuar xidmətinin baş mütəxəssisi

Aktuar xidmətinin baş mütəxəssisi

Aktuar xidməti

Son müraciət tarixi : 25 avqust 2025
 

Vəzifə Öhdəlikləri:

-Sığorta ehtiyatlarının və hesablamalarda istifadə edilən fərziyyələrin adekvatlığını qiymətləndirmək, məlumatların hesablamalarda tam və düzgün nəzərə alınmasını təmin etmək;

-Sığorta və təkrarsığorta müqavilələrinə daxil edilmiş şərtlərin, limitlərin və təminatların adekvatlığını təhlil etmək, təhlil nəticələrinə uyğun təkliflər hazırlamaq;

-Sığorta haqlarının sığorta ödənişləri və sığorta məhsulları üzrə xərclərin ödənilməsinə adekvatlığını yoxlamaq, nəticələrə əsasən təkliflər vermək;

-Sığorta portfelinin zərərliliyini təhlil etmək, portfelə yüksək zərərli risklərin daxil edilib-edilmədiyini araşdırmaq və bu istiqamətdə mövcud prosedurların effektivliyini qiymətləndirmək;

-Sığortaçının anderraytinq və təkrarsığorta siyasətinin risk profili və risk iştahası ilə uyğunluğunu analiz etmək;

-Sığorta məhsulları üzrə tariflərin adekvatlığını qiymətləndirmək;

-Sığortaçının fəaliyyətinin gəlirliliyinə təsir edən başlıca riskləri təhlil etmək və qəbul olunan sığorta və təkrarsığorta riskləri üzrə yekun məsləhət və tövsiyələr təqdim etmək.

 

Namizədə olan tələblər:

 İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Data Science və ya əlaqəli sahə  üzrə müvafiq bakalavr təhsili
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Üstünlüklər: SOA / CAS exams, MSSQL, Python
Kompüter bilikləri: MS Office:əla , MSSQL(T-SQL):orta
Fərdi keyfiyyət tələbləri:
Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

If you would like to join our team