Verilənlər Bazası üzrə Administrator
İT xidmətləri və dəstək departamenti
Son müraciət tarixi: 3 avqust 2025-ci il
Vəzifə öhdəlikləri:
- MSSQL və PostgreSQL kimi sistemlərin ilkin quraşdırılması, texniki xidmət və dəstək işləri;
- Müxtəlif ehtiyat nüsxə strategiyaları (full, differential, incremental) və onların tətbiqi;
- İstifadəçi hesablarının yaradılması, rolların təyin edilməsi və səlahiyyətlərin verilməsi;
- Monitoring vasitələri ilə resurs istifadəsi və performansın nəzarətdə saxlanılması;
- Replikasiya və failover kimi yüksək mövcudluq və dayanıqlılıq üsullarına dair ilkin biliklər;
- Python, Shell və PowerShell kimi dillərdə avtomatlaşdırma və əməliyyat məqsədli skriptlər yazmaq;
- İndekslərin yaradılması və istifadəsi, icra planlarının (execution plan) təhlili və şərhi;
- Fəaliyyət zamanı aşkar olunan əməliyyat riski və ya insident barədə əlaqəli strukturu məlumatlandırmaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla
Üstünlüklər: Sahə üzrə beynəlxalq sertifikatların olması
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.