Strategiya və Büdcə üzrə Ekspert qrupu
Strategiya və Büdcə üzrə Ekspert qrupunun Tərkibi:
1. Sədr - Teymur Hüseynov
2. Üzv - Azər Əbilov
3. Üzv - Xəyal Bağırov
Ekspert qrupunun əsas vəzifələri:
* Cəmiyyətin İdarə Heyəti tərəfindən hazırlanmış Strateji Plan layihəsi ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin Strateji Planının icra olunması ilə əlaqədar İdarə Heyəti tərəfindən təqdim olunan monitorinq hesabatları ilə bağlı Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Cəmiyyətin mövcud Strateji Planına İdarə Heyəti tərəfindən Cəmiyyətin Direktorlar Şurasına təqdim olunmuş düzəlişlər ilə bağlı rəy və təkliflərini bildirmək
* İdarə Heyəti tərəfindən təqdim edilmiş büdcə layihələri ilə əlaqədar Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Komitənin fəaliyyəti ilə bağlı sorğu edilən məsələlər üzrə Cəmiyyətin Direktorlar Şurasına rəy və təkliflərini bildirmək;
* Büdcə və Strateji Plan üzrə Direktorlar Şurası tərəfindən təsdiq edilməli bütün sənədlərə rəy bildirmək;
* Cəmiyyətin Direktorlar Şurası tərəfindən həvalə edilən və qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək;
* Öz əsasnaməsində yazılan digər vəzifələri həyata keçirmək.