942

Hesabatlılıq şöbəsi - Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi

Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
Maliyyə departamenti,Hesabatlılıq şöbəsi

Vəzifə Öhdəlikləri:

Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;

Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;

Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;

Aylıq və illik maliyyə yekunları əsasında MHBS (İFRS) uyğun düzəlişlərin verilməsi;

Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;

Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;

Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək;

Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.

Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən az 6 ay iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:
əla, İngilis dili:əla, Rus dili:orta
Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır
Kompüter bilikləri: MS Excel:
əla , MS Word:əla , MS PowerPoint:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Bizimlə birlikdə işləmək istəyirsinizsə