Risklərin idarəedilməsi departamenti
Model risklərin idarə edilməsi şöbəsinin təcrübəçisi
Son müraciət tarixi : 24 sentyabr 2026
Vəzifə Öhdəlikləri:
- Model inventarının idarə edilməsi, o cümlədən onun müntəzəm yenilənməsində dəstək;
- Model və ya alət kimi kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyən edilməsi, model riski səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, model riski üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Model Risklərinin İdarəedilməsi Çərçivəsinin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsində iştirak edir və daxili sənədlərin tələbləri ilə bağlı maraqlı tərəflərlə əlaqəni təmin edir, həmçinin sözügedən sənədlərin icrası prosesində uyğunsuzluqların aşkarlanmasında iştirak.
- Modellər üzrə maraqlı tərəflərlə əlaqəni təmin edir və modelin həyat tsikli ərzində onlara dəstək olur
- Modellərin tərtibatı və modifikasiyası üzrə ümumiləşdirilmiş proseslərin planlaşdırılmasını həyata keçirir;
- Model riskinin qiymətləndirilməsinə yanaşmaların işlənib hazırlanması; tərtibatı tapşırıqlarının siyahısının idarə edilməsi, o cümlədən onun yenilənməsi, tapşırıqların prioritetləşdirilməsi, model alətlər toplusunun optimallaşdırılmasında iştirak;
- Validasiya funksiyasının tövsiyələrinin yerinə yetirilməsinə nəzarətdə iştirak;
- Modellərin avtomatlaşdırılması üzrə texniki tapşırıqların hazırlanmasında, habelə onların icrasına nəzarətdə iştirak etmək;
- Cəmiyyətin daxili sənədlərinin işlənib hazırlanması, modelin tərtibatı prosesininin tənzimlənməsində iştirak.
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: İş təcrübəsi tələb olunmur.
Təhsili: Əlaqəli sahə üzrə istənilən ixtisas
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Üstünlüklər: Sertifikatların olması üstünlükdür.
Kompüter bilikləri: MS Office:əla, Python: orta
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.