AZ
942

İH sədrinin ofisi - İH sədrinin ofisinin mütəxəssisi - İdarə Heyəti sədrinin köməkçisi

İdarə Heyəti üzvünün köməkçisi

Əsas vəzifə öhdəlikləri:

  1. İdarə Heyəti üzvünün (CRO/CFO) iş qrafikinin, görüşlərinin, iclaslarının və gündəlik fəaliyyətinin planlaşdırılması və effektiv koordinasiyasının təmin edilməsi;
  2. Görüşlərin və iclasların təşkili, gündəliyin hazırlanması, zəruri materialların əvvəlcədən toplanması və iştirakçılara təqdim edilməsi;
  3. İdarə Heyəti üzvünün verdiyi tapşırıqların aidiyyəti struktur bölmələrə yönləndirilməsi, icra müddətlərinin izlənilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  4. İdarə Heyəti üzvünün strateji prioritetləri üzrə əsas fəaliyyətlərin və tapşırıqların icrasının koordinasiyasına dəstək göstərilməsi;
  5. Rəhbərlik üçün zəruri məlumat və analitik materialların hazırlanması, aidiyyəti bölmələr üzrə tapşırıqların icrasının izlənilməsi və nəticələrin təqdim edilməsi.
  6. Müxtəlif struktur bölmələrindən daxil olan məlumatların konsolidasiya edilməsi, ümumiləşdirilməsi və rəhbərlik üçün strukturlaşdırılmış formada hazırlanması;
  7. Rəhbərliyin gündəliyində olan əsas məsələlər, prioritetlər və son icra tarixləri üzrə monitorinqin aparılması və vaxtında məlumatlandırmanın təmin edilməsi;
  8. Müxtəlif layihələr və təşəbbüslər üzrə status məlumatlarının hazırlanması və layihələrin icra vəziyyətinin monitorinqinə dəstək göstərilməsi;
  9. Zəruri hallarda KPI-lar, əsas biznes göstəriciləri və strateji təşəbbüslər üzrə məlumatların toplanması və rəhbərlik üçün təqdim edilməsi;
  10. Daxili və xarici maraqlı tərəflərlə rəsmi yazışmaların, şirkətin struktur bölmələri, rəhbər şəxsləri, tərəfdaşları və digər maraqlı tərəflər arasında operativ kommunikasiya və koordinasiyanın təmin edilməsinə dəstək göstərilməsi;
  11. Telefon zənglərinin, e-mail və dəvətlərin qəbul edilməsi, çeşidlənməsi, prioritetləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  12. Yerli və beynəlxalq səfərlərin, ezamiyyətlərin, görüşlərin və işgüzar tədbirlərin planlaşdırılması və təşkilati dəstəyin göstərilməsi;
  13. Rəhbərliyin iştirakı ilə keçirilən korporativ, biznes və strateji tədbirlərin təşkilinin koordinasiya edilməsi;
  14. Sənədlərin tərcüməsi, redaktəsi, formatlaşdırılması və məlumatların düzgünlüyünün təmin edilməsi;
  15. Şirkətdaxili proseslərdə rəhbər tapşırıqlarının koordinasiyası, icrasının monitorinqi və zəruri hallarda gecikmələr və risklər barədə rəhbərliyin məlumatlandırılması;
  16. Prioritet məsələlərin müəyyənləşdirilməsinə, təcili məsələlərin vaxtında rəhbərliyin diqqətinə çatdırılmasına və müvafiq eskalasiyanın həyata keçirilməsinə dəstək göstərilməsi;
  17. Rəhbərliyin fəaliyyəti ilə bağlı sənədlərin, məlumatların və digər korporativ resursların sistemli şəkildə idarə olunmasının, məxfi məlumatların, kommersiya sirrinin və korporativ sənədlərin konfidensiallığının qorunmasının təmin edilməsi təmin edilməsi;
  18. Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

 

Namizədə olan tələblər:

  • Təhsil: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Təcrübə: Administrativ iş, rəhbər köməkçisi və ya icraedici dəstək, layihələrin idarə olunması, insan resusrları sahəsi üzrə vəzifəsində 1–3 il iş təcrübəsi (korporativ mühit üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür)
  • Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Yüksək peşəkarlıq, etik davranış, diskresiya və məxfilik prinsiplərinə sadiqlik

 

Biz nə təklif edirik:

  • Əməkdaşın və ailə üzvlərinin tibbi sığortası;
  • Korporativ Həyat Sığortası (kritik xəstəlikləri əhatə edən sığorta təminatı);
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq imkanı;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirimlər.

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə